“Aşıq Ələsgərin anım tədbirləri” layihəsinə yekun vuruldu

“Aşıq Ələsgərin anım tədbirləri”  layihəsinə yekun vuruldu
20 iyul 2026
# 16:30

Göygöl Rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyətinin tərəfdaşlığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Dədə Ələsgər Ocağı" İctimai Birliyi tərəfindən həyata keçirilən “Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində yekun tədbir keçirilib.

Kulis.az xəbər verir ki, əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Daha sonra Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ustad sənətkarın milli-mənəvi sərvətlərimizin qorunması və inkişafındakı müstəsna xidmətlərindən bəhs edib. O bildirib ki, Aşıq Ələsgərin zəngin irsi əsrlər keçsə də öz aktuallığını qoruyur, milli kimliyimizin, vətənpərvərlik ruhunun və yüksək mənəvi dəyərlərimizin formalaşmasına mühüm töhfə verir. Natiq Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ustad aşıqın yubileylərinin dövlət səviyyəsində qeyd edildiyini, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sənətkarın 200 illiyinin geniş şəkildə keçirildiyini və Bakıda abidəsinin ucaldıldığını xatırladaraq, bunu Aşıq Ələsgər irsinə verilən böyük dəyərin bariz nümunəsi kimi qiymətləndirib.

"Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi və layihə rəhbəri Xətai Ələsgərli ustadın həyat yolu, poeziyasındakı vətən sevgisi, mənəvi saflıq və insanpərvərlik mövzuları barədə geniş məlumat verib. O, dövlət tərəfindən bu irsin qorunmasına göstərilən diqqət və qayğının gələcək nəsillər üçün müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə tibb elmləri doktoru İbadulla Ağayev, "Dədə Ələsgər irsinin tədqiqi və təbliği Mərkəzi"nin direktoru, tibb üzrə fəlsəfə doktoru Hacı Abbas Bağırov, şair-publisist Salman Balakişiyev və başqaları çıxış edərək layihənin əsas məqsədinin Aşıq Ələsgər irsini gənclərə tanıtmaq, Qərbi Azərbaycan aşıq məktəbinin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə töhfə vermək olduğunu bildiriblər.

Tədbir aşıqların ifasından ibarət bədii hissə ilə başa çatıb.

# 499 dəfə oxunub

Oxşar xəbərlər

Selin Dion səhnələrə qayıdır

Selin Dion səhnələrə qayıdır

18:40 10 sentyabr 2026
Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

18:00 10 sentyabr 2026
Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

17:30 10 sentyabr 2026
Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

16:30 10 sentyabr 2026
Mehmet Ali Erbil infarkt keçirtdi

Mehmet Ali Erbil infarkt keçirtdi

16:00 10 sentyabr 2026
Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

15:41 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər