“Asəf Zeynallı. Seçilmiş əsərlər” kitabının təqdimatı oldu

“Asəf Zeynallı. Seçilmiş əsərlər”  kitabının təqdimatı oldu
19 dekabr 2025
# 13:20

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən hazırlanan “Asəf Zeynallı. Seçilmiş əsərlər” not kitabı çapdan çıxıb. Kitabın təqdimat mərasimi Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov, Musiqi Kollecinin direktoru Əməkdar incəsənət xadimi, Asəf Zeynallı irsinin tədqiqatçısı, professor Nazim Kazımov, “Azərnəşr”in baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov çıxış ediblər.

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi olan Asəf Zeynallının musiqi mədəniyyəti salnaməmizdəki yerindən danışılıb, nəşrin əhəmiyyəti vurğulanıb. Kitab bəstəkarın irsinin təbliğinə mühüm töhfə kimi səciyyələndirilib.

Bildirilib ki, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin materialları əsasında ərsəyə gətirilən kitabda bəstəkarın işləməsində xalq mahnı və rəqslərimizin not yazıları ilə bərabər, müəllifin violin və fortepiano üçün “Şərq” pyesi, violonçel və fortepiano üçün “Layla, beşiyim, layla” əsəri musiqi ictimaiyyətinə ilk dəfə təqdim olunur.

Kitabın “Ön söz” müəllifi və tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı nəşrdə yer alan əsərlər barədə məlumat verib.

Tədbirin bədii hissəsində “Asəf Zeynallı” adlı sənədli film nümayiş olunub. Musiqi Kolleci və Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllim, tələbə və şagirdləri, eləcə də MEMİM-in əməkdaşı Lalə Xəlillinin ifasında bəstəkarın əsərləri səsləndirilib.

A.Zeynallının qohumları – Bakı Slavyan Universitetinin dosenti Elşanə Ağasıyeva və Avstraliyanın Sidney şəhərindən tədbirə onlayn qoşulan Elmira Yusufova kitabın hazırlanmasında zəhməti olanlara minnətdarlıqlarını bildiriblər.

Sonda “Asəf Zeynallı. Seçilmiş əsərlər” not kitabı bəstəkarın qohumlarına hədiyyə olunub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərnəşr”də işıq üzü görən kitabın layihə rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov, tərtibçiləri mərkəzin əməkdaşları – sektor müdiri Əməkdar artist Neymət Mürsəlov və aparıcı metodist, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı Lalə Xəlilli, redaktoru Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Elvin Quliyev, dizayneri mərkəzin aparıcı mütəxəssisi Vüqar Bəxtiyarovdur.

# 1081 dəfə oxunub

Oxşar xəbərlər

Ramiz Əzizbəylinin həyat yoldaşı vəfat etdi

Ramiz Əzizbəylinin həyat yoldaşı vəfat etdi

18:16 26 fevral 2026
“Xocalı soyqırımı”  adlı elektron məlumat bazasının təqdimatı oldu

“Xocalı soyqırımı” adlı elektron məlumat bazasının təqdimatı oldu

17:23 26 fevral 2026
Fələstinli Afnan Qəzzanı unudub, Xocalıya necə ağladı? - Səmada qanayan yara

Fələstinli Afnan Qəzzanı unudub, Xocalıya necə ağladı? - Səmada qanayan yara

16:20 26 fevral 2026
İnsanın əzəməti – Dino Buzzatinin hekayəsi

İnsanın əzəməti – Dino Buzzatinin hekayəsi

16:15 26 fevral 2026
Xocalı soyqırımının sağalmaz yaraları faciə şahidinin dilindən

Xocalı soyqırımının sağalmaz yaraları faciə şahidinin dilindən

15:10 26 fevral 2026
"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

15:00 26 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər