Aqil Abbas: "Təəssüf ki, ölüm hökmü ləğv olunub"

Aqil Abbas

Aqil Abbas

14 noyabr 2022
# 20:00

DTX-nin keçirdiyi əməliyyat nəticəsində İrana casusluqda ittiham edilərək həbs olunanlarla bağlı millət vəkili Aqil Abbasdan açıqlama verib.

Kulis.az xəbər verir ki, Aqil Abbas bunları deyib:

«Azərbaycanda ölüm hökmü ləğv olunub, bu, təqdirəlayiq haldır. Allah verdiyi canı Allah ala bilər.

Amma indi təəssüflənməyə bilmirsən. Elə cinayət var ki, onun cəzası ölüm hökmüdü. Bir kəs dövlətinə xəyanət edirsə, dövlətinə qarşı casusluq edirsə, dövlətin sirlərini düşmən ölkəyə satırsa, onun bir cəzası var – o da ölüm hökmüdü!

İndi ölüm hökmü ləğv olunub. Təəssüf ki, dövlətə xəyanət edənləri güllələmək olmaz. Amma onlara ömürlük həbs cəzası verib təkadamlıq kamerada çürütmək olar.

Və yeri gəlmişkən, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinə və əməkdaşlarına son zamanlar apardığı uğurlu əməliyyatlara görə təşəkkür edirəm».

# 2672 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər