Alimin niyyəti pul qazanmaq olsa, şeytana papış tikər

Alimin niyyəti pul qazanmaq olsa, şeytana papış tikər
3 aprel 2025
# 11:03

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Özünü "çoban" adlandıran bir şəxsin alimləri işlətdiyini deməsini qıcıqla qarşılamaq həyat məktəbini "qırmızı diplomla" bitirməməkdən xəbər verir.

Bu mövzuda əsas məsələ niyyətdir.

Alim pul qazanmaq niyyəti olub qazana bilməyən adam deyil. Alim pul qazanmaq niyyəti olmayan adamdır. Yəni alim öz varlığını pulla mənalandırmayan adamdır.

İnsan özünü nəylə mənalandırmaq istəyirsə, ona çevrilir. Biz öz mənamızıq. Hətta bəzilərimiz bizi mənaladıracaq vasitədən savayı bir şey deyilik. Pul sıraviləri mənaladıran bir dəyərdir.

Napoleon deyəndə kimin ağlına onun pulqabısı gəlir?

Alimin niyyəti pul qazanmaq olsa, o, bəsit iqtisadi münasibətlər sistemində şeytana da papış tikər.

Alim pulu qarnı üçün qazanır, varlığını mənalandırmaq üçün deyil.

Varlığı qarnından, əyin-başından ibarət olan adamlara baxıb alimi, elmi yazıqlaşdırmaq yanlış düşüncədir.

Alim o vaxt yazıqlaşar ki, onu xoşbəxt edən dəyər çobanı xoşbəxt edən dəyərlə eyniləşər.

# 1496 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti:  "O çəkilişin ikinci günü hər şeyi qoyub çıxıb getmişəm"

Xalq artisti: "O çəkilişin ikinci günü hər şeyi qoyub çıxıb getmişəm"

16:00 6 aprel 2025
Barat Vüsalın yeni kitabı çap olundu

Barat Vüsalın yeni kitabı çap olundu

15:47 6 aprel 2025
10 gündür komada olan reper vəfat etdi

10 gündür komada olan reper vəfat etdi

14:50 6 aprel 2025
Azərbaycanın "Avroviziya 2025"  təmsilçisinin ilk canlı çıxışı oldu

Azərbaycanın "Avroviziya 2025" təmsilçisinin ilk canlı çıxışı oldu

13:40 6 aprel 2025
"Bu kül o kişinin başına ki..." - Loğman

"Bu kül o kişinin başına ki..." - Loğman

13:00 6 aprel 2025
Elton Con korluğundan danışdı: "Oğullarımla idman yayımları izləyə bilmirəm"

Elton Con korluğundan danışdı: "Oğullarımla idman yayımları izləyə bilmirəm"

16:00 5 aprel 2025
#
#
# # #