Xalq artisti: "O çəkilişin ikinci günü hər şeyi qoyub çıxıb getmişəm"

Xalq artisti:  "O çəkilişin ikinci günü hər şeyi qoyub çıxıb getmişəm"
6 aprel 2025
# 16:00

"Əvvəl məqsədim rol almaq, daxilimdəkini göstərmək idi ki, sən buna qadirsən. Yoxsa mən niyə gedim filmə çəkilim? Pul verirlər? Vermirlər. Xarici ölkələrdə milyonlar verirlər. 36 milyon, yox, 38 milyon olmalıdır. 2 milyonun davasını edirlər. Biz burada qəpik-quruş alırıq. Amma bizim aktyor tayfası nə qədər bu sənəti sevir ki, pulsuz-parasız özlərini şəhid edirlər".

Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülşad Baxşıyeva "Podkast kimi adam" yutub layihəsində deyib.

Aktrisa həmkarlarının aldığı qonorarlardan şikayətlənib:

"Bunu teatrlarda gördüm. Baxıram ki, gündə çıxıb rol oynayır, özünü öldürür. Düşünürəm ki, onda can qalmaz, buradan xərəkdə apararlar. Amma yenə səhnəyə çıxır. Çünki sənətini sevir. Adam var, tanıyıram, özünə də demişəm ki, səhnədən niyə minnət qoyursan mənə. 600 nəfərlik zalda bir nəfər olur ki, başa düşür. Siz, səhnədəki 40 nəfər aktyor pul verib gələn o şəxs üçün oynamalısınız.

Bu dəqiqə sənət biznesə dönüb. Son dövrlər bəzi şeylər xoşuma gəlir. Əvvəl pis idi, getdikcə yaxşılığa doğru gedir. Amma görək hamı eyni yaşanır? Eləsi var biznes kimi baxır. Gözündə ancaq puldur. Buna mənəvi ixtiyarın yoxdur. Ora təbliğat maşınıdır. Əvvəl biz oradan nəsə öyrənmişik, indi gənclər nəsə götürməlidir. Problemlər çoxdur, düzələcək yavaş-yavaş".

G.Baxşıyeva hansı səbəblərdən filmlərə çəkilmədiyinə aydınlıq gətirib:

"Bəzi "rejissorlar" olub ki, çəkilişin ikinci günü hər şeyi qoyub çıxıb getmişəm. Başa düşmüşəm ki, onlarla çəkilmək mümkün deyil. Çünki onlar bilmirlər nə çəkirlər. Bilirlər, sadəcə mənə uyğun deyil. Bəzi rejissorların gözündə aktyor ən aşağı pillədə duran məxluqdur. Elə deyil. Sənin filmini ərsəyə gətirən aktyordur. Ona yanaşman fərqli olmalıdır. Gənclərdə yanaşma fərqlidir. Komandadır gəlib, oturdular divanda, monitorda işləyirlər. Aktyor gəlib-gəlməyib maraqlanmırlar. Aktyor bütün günü çəkiliş meydançasında olmalı deyil, epizoduna çəkilib getməlidir. Ona görə də son vaxtlar çəkilişlərə getmirəm. İncəsənət Universitetinin uşaqlarından təklif alanda çəkilirəm. Başqa kimi çəkməlidirlər ki?

Bir dəfə biri zəng edib, sponsordur. Başladı filmin ssenarisini mənə danışmağa. Demək lazımdır ki, sizi filmə çəkmək istəyirik, ssenarini göndərək, bəyənsəz razılıq verin. 1 saat danışır telefonda. Deyir, bilirsiniz kimlər çəkilir, filankəslər. Cavab verdim ki, mən nə edim? Ürəyimdə artıq ona "yox" demişəm. Çünki davranışı xoşuma gəlməyib. Dedim nəyi danışmaq lazımdır, ssenarini oxumalıyam, bir də pulunu de mənə. Dedi yaxşı, danışarıq. O, danışarıq indiyə qədər danışırıq. Üzr istəyirəm, sən ağıllısan, pul qazanmaq istəyirsən? Bu aktyor-aktrisa küt adamlardır? Abırına sığınıb deyəcək "yaxşı". Amma sən o filmin hesabına 250 minlik maşın alacaqsan. Ona görə də filmlərə çəkilmirəm. Normal düşüncəyə malik olan insanlarla çəkilirəm. Mən onun köləsi deyiləm. Bu mənim sənətimdir, amma o demək deyil ki, onu ucuz tuturam. Şükür Allaha, 19-a yaxın filmim var".

# 827 dəfə oxunub

Oxşar xəbərlər

“İlyas Əfəndiyev”  mükafatı təqdim edildi

“İlyas Əfəndiyev” mükafatı təqdim edildi

18:42 3 oktyabr 2025
Uşaqları yəhudi olsa da, yəhudiləri sevməyən şair – Onu teatrdan niyə qovmuşdular?

Uşaqları yəhudi olsa da, yəhudiləri sevməyən şair – Onu teatrdan niyə qovmuşdular?

18:17 3 oktyabr 2025
31 yaşında Amerikada öldürülən müğənnimiz kimdir?

31 yaşında Amerikada öldürülən müğənnimiz kimdir?

18:01 3 oktyabr 2025
Mabel Matiz 3 il  həbs cəzası ala  bilər

Mabel Matiz 3 il həbs cəzası ala bilər

17:32 3 oktyabr 2025
Kitablarına ən çox qadağa qoyulan yazarlar

Kitablarına ən çox qadağa qoyulan yazarlar

15:50 3 oktyabr 2025
"İçərişəhər" Dövlət Qoruğunun İdarə Heyətinə yeni üzv təyin olunub

"İçərişəhər" Dövlət Qoruğunun İdarə Heyətinə yeni üzv təyin olunub

15:18 3 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər