Məscid Allahın evi deyil - Ömər Xəyyam

Məscid Allahın evi deyil - Ömər Xəyyam
4 aprel 2025
# 18:53

Kulis.az Ömər Xəyyamın "Allahın evi" yazısını təqdim edir.

Həqiqət dalınca məscidə qaçmaq xəlbirlə su içməkdir.

Ölkədə elə bir məscid yoxdur ki, sən o məscidə gedib həqiqətə ucalasan, təmizlənəsən.

Və biləsən, məscid müqəddəs yer-zad deyil.

Ümumiyyətlə, "məscid Allahın evidir" söhbəti tamamilə boşboğazlıqdır, elə məscidlərin fırıldağıdır, uydurmadır.

Allahın evi yoxdur, Allahın evi olmur. Allah sənin özündədir.

Məscidlər - vərdiş halında ibadət edən, mövcudluğun mənasından, mahiyyətindən uzaq cahillərin özlərini özlərindən qorumaq üçün sığındığı tikilidir.

İndiki halda həqiqəti dadmaq üçün, ona toxunmaq üçün şaquli şəkildə özünə enməli, özündəki təkcənəliyə çəkilməlisən.

Hə, əlbəttə, kiminsə məscidə ehtiyacı var, dediyim kimi, özünü özündən qorumaq üçün...

Kimsə xütbələrlə içindəki pisliyi, xəbisliyi "öldürür"; məhz məscidlərə gedib də iblisinə qalib gəlir. Bir növ, onu özünə məhkum edir.

Allah onların köməyi olsun; fəqət kütləvi halda Allaha yaxınlaşmaq mümkün deyil.

Kütləvi halda Allahdan ancaq uzaqlaşmaq olar..

# 4013 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış çinli rəssam süni intellektin təhlükələrindən  danışdı

Tanınmış çinli rəssam süni intellektin təhlükələrindən danışdı

18:30 5 oktyabr 2026
Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” tamaşanın premyerası

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” tamaşanın premyerası

18:00 5 oktyabr 2026
Şəmkirdəki Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirildi

Şəmkirdəki Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirildi

17:30 5 oktyabr 2026
Tom Kruzun yeni filmi kassada uğursuzluqla üzləşdi

Tom Kruzun yeni filmi kassada uğursuzluqla üzləşdi

17:00 5 oktyabr 2026
Antik Roma mədəniyyəti yeni sərgidə

Antik Roma mədəniyyəti yeni sərgidə

16:30 5 oktyabr 2026
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropada mükafat qazandı

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropada mükafat qazandı

16:00 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər