"Akif Səməd mükafatı" təqdim edildi

"Akif Səməd mükafatı" təqdim edildi
21 yanvar 2023
# 11:30

2022-ci il üçün Uluslararası Aktivist Sənətçilər Birliyinin təsis etdiyi "Akif Səməd mükafatı" sahiblərinə təqdim edilib.

Bu barədə Kulis.az-a UASB-nin idarə heyətinin üzvü, Azərbaycan üzrə Rəsm Komitəsi başkanı, rəssam Nəvai Metin məlumat verib.

Məlumata əsasən, 2022-ci il üçün "Akif Səməd mükafatı” Azərbaycanda saz və söz sənətinin inkişafı və təbliğindəki xidmətlərinə, eləcə də, ədəbi uğurlarına görə, tanınmış şair, "Könül Körpüsü” proqramının müəllifi və aparıcısı Çiçək Mahmudqızına və milli ədəbiyyatın təbliğ olunmasındakı xidmətlərinə, çağdaş istedadlı yazarlara göstərdiyi maddi və mənəvi dəstəyə görə "Aşıq Ələsgər Ocağı" İctimai Birliyinin idarə heyətinin üzvü, tanınmış söz sərrafı və iş adamı Rəşid Süleymanova təqdim edilib.

Xatırladaq ki, "Akif Səməd mükafatı" 2008-ci ildən təsis edilib. Mükafat indiyə qədər Handan Kayakökü, Nayma Qaramanlı, Bəsti Əlibəyli, Natəvan Dəmirçioğlu, Aşıq Azər Xanlaroğlu, Aşıq Avdı Musayev və baqşaları olmaqla 14 nəfərə təqdim edilib.


# 3413 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər