"Ailə dağıdıb xoşbəxt olanlar..." - Subay xanım axı niyə evli bəy seçsin?

"Ailə dağıdıb xoşbəxt olanlar..." - Subay xanım axı niyə evli bəy seçsin?
17 sentyabr 2026
# 10:00

Kulis.az Gülər Nizamiqızının "Firuzə, sən günahkar deyilsən!" yazısını təqdim edir.

Bəzən səbəbsiz yerə hansısa musiqiyə, kimlərəsə nifrət edə bilirik. Təsəvvür edin ki, heç bir səbəb olmadan. Bəs bu necə mümkün olur?

Bir çoxunuz bu və yaxud da bunaoxşar hadisə yaşamısınız. Kaş ki, yasamış olmasaydınız deməyim gəldi. Kaş ki, bəzi ağrılar bizi kinlə doldurmazdı ki, dünyaya daha gözəl baxa bilən insanların sayı azalmayaydı...

Dünyada bütün Firuzə adını daşıyan xanımlar pis ola bilər? Əlbəttə ki, yox. Amma bir xanım düşün ki, Firuzə adına, Firuzə mahnısına, dünyada bu adı daşıyan bütün xanımlara nifrət edir.

Hər hansı məclisdə Sezen Aksunun ifa etdiyi “Firuzə” mahnısını eşidəndə diksinib musiqiçilərə acıqlanır ki, “kəsin bu mahnını”.

Musiqiçilər təəccüblə baxanda “sevmirəm bu mahnını” deyib qaçır. Eynilə də nəqliyyat vasitələrində hər dəfə sürücülərə qışqıranda onların təəccüblü baxışlarına daha çox əsəbləşir. Axı sürücülər, musiqiçilər nə bilsin ki, sənin Firuzə ilə nə problemin ola bilər?

Bir musiqinin insana zərər verməsi normalda mümkün deyil. Amma bunun səbəbləri ola bilər. Səbəb bir əxlaqsız evli kişi ilə görüşən Firuzədir. Firuzəni şərti ad olaraq seçdiyimi düşünün. Onlarla başqa adlar var. Bəlkə də hər adda belə insan var. Elə Firuzədən danışaq.

Firuzə evli kişi ilə yaşayır, hər gün görüşür. Utanmadan evli kişidən uşaq da dünyaya gətirir. Beləliklə, dünyada günah əməldən doğulan uşaqların sayını artırır. Yenə utanmır, evli sevgilisi ailəsinin yanında olan saatlarda da zəng vurur. Və murdar həyatından çox da razıdır.

Az qala bir ailəni dağıtsa da, çox xoşbəxtdir. Evli kişi xanımından soyuyur. Səbəbi bilən xanımı depressiya, əsəb pozğunluğu yaşayır. Evdə uşaqlar narahatdır. Aldıqları travma ilə gələcəkləri necə olacaq, bu da hələ bəlli deyil.

Bir “Firuzənin” bir ailənin həyatında yaratdığı problemləri yazmaqla bitməz. Amma Firuzə rahat və xoşbəxtdi. Əsas odu ki, Firuzələrin həyatı rahat və gözəl olsun...

Son illər evli kisilərlə münasibətə maraqlı olan xanımların çox olduğunu yəqin hamı anlayıb. Sosial şəbəkələrdə evli kişiyə aşiq olduğunu etiraf edən onlarla xanım şərhini oxuyuruq. “Sevginin gözü kordu” nağılı da artıq dəbdən düşüb.

Belə olan halda subay xanım axı niyə evli bəy seçsin? Subayın verə bilməyib, evlinin verə bildiyi hansı meyarlar var? Bu suala mən də cavab tapa bilmərəm. Bu, bir çox hallarda maddiyyatla bağlanılsa da, bu fikirlə razı deyiləm.

İstisnalar var, amma səbəb bu deyil. Bildiyim tək odur ki, “Firuzələr” hal-hazırda çox ailələrin mübahisə mənbəyi, bəzilərinin isə tükənmə səbəbidir.

İnsan həyatında bir ad nifrətə səbəb olurmuş. Əvvəldə qeyd etdiyim “Firuzə” çox möhtəşəm bəstədi. Amma mahnıya nifrət edənlər var. Firuzə qaşlı, çox gözəl üzüyünü bir dəsmala büküb gizlədənləri də gördük...

İnsan hisləri o qədər incədi ki, yaşanan hər bir həyəcanı illərlə xırdalaya bilir. Amma hər kəs günahkar deyil. Nə mahnı, nə üzük, nə sifaris qəbul edən musiqiçilər... Qısası, bir adın cəzasını danışdığım məsələdən uzaq olanlar çəkməməlidi.

Yəni, Firuzə, sən günahkar deyilsən!

# 79 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli aktyor vəfat etdi

Türkiyəli aktyor vəfat etdi

10:25 17 sentyabr 2026
V Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək

V Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək

10:15 17 sentyabr 2026
Xankəndidə İncəsənət Məktəbi  fəaliyyətə başlayacaq

Xankəndidə İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

09:38 17 sentyabr 2026
Tanınmış ssenarist, şair Alla Axundova vəfat etdi

Tanınmış ssenarist, şair Alla Axundova vəfat etdi

09:30 17 sentyabr 2026
"Buker" mükafatının uzun siyahısı açıqlandı

"Buker" mükafatının uzun siyahısı açıqlandı

09:28 17 sentyabr 2026
“Emmi”də “Ən yaxşı aktrisa” bəlli oldu

“Emmi”də “Ən yaxşı aktrisa” bəlli oldu

18:00 16 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər