Afaq Bəşirqızı: "Səyavuş Aslanın oğlu atasının 25 min manatını oğurlayıb"

Afaq Bəşirqızı:  "Səyavuş Aslanın oğlu atasının 25 min manatını oğurlayıb"
24 aprel 2023
# 14:20

Xalq artisti Afaq Bəşirqızı Elgiz Əkbərin qonağı olarkən mərhum Xalq artisti Səyavuş Aslanın küçədə yaşayan oğlu Çingiz Aslandan danışıb.

Kulis.az xəbər verir ki, aktrisa Ç.Aslanın atasının 25 min manatını oğurladığını bildirib.


"Siz elə bilməyin ki, Səyavuş Aslanın böyük oğlu Çingiz Aslana diqqət olmayıb. Onun heç diqqətə ehtiyacı da yox idi. Səyavuş bəlkə də bu qədər aktyorun arasında ən imkanlısı və varlısı olub. O, dünyasını dəyişdikdən sonra mülkləri qaldı. Sizi maraqlandıran bir çox məsələləri zamanında gizlətmişik. Təbii ki, hər şeyin həddi var. Biz hər şeyi açıb deməmişik. Amma indi deyirəm. Funikulyorun yanında məşhur kafenin aşağısındakı 600 min kvadratmetrlik sahə onun idi. Oranı milyon yarıma satdı. Səyavuş Aslanın Dənizkənarı Milli parkla üzbəüz, Akademik Musiqili Teatrının yanında evi vardı. 8 qonşunu köçürüb, o evləri almışdı. Bundan əlavə, həyətdə evi vardı. O, hər zaman öz ailəsinə, uşaqlarına qarşı çox diqqətcil olub. Sadəcə, o qədər övladlarını əzizlədi ki, axırda da belə oldu.

Onun Eldar adlı digər övladı başını götürüb Türkiyəyə qaçdı. Ağıllı oğlandır. Amma Çingiz bu cür çıxdı. Ona Elgiz özü və başqa-başqa oğullar yardım əlini uzadıb, maddi köməklik ediblər. 23 dəqiqəyə atasının başının altından seyfin açarını götürərək açıb, 25 min dolları götürüb. O evdən çıxanda Səyavuş bunu bilib. Bulvarla Səyavuşun evinin arasında o səkidən bu səkiyə kiçik yoldur. Səyavuş onun arxasınca adam göndərdi. Çingizi tutanda artıq götürdüyü 25 min dollar onda yox idi", - deyə sənətçi qeyd edib.

# 3003 dəfə oxunub

Oxşar xəbərlər

“Sarı gəlin” İranda erməni mahnısı kimi təqdim edildi - Agentlikdən münasibət

“Sarı gəlin” İranda erməni mahnısı kimi təqdim edildi - Agentlikdən münasibət

17:00 9 yanvar 2026
Teleradio Akademiyası treninqlərə start verir

Teleradio Akademiyası treninqlərə start verir

16:34 9 yanvar 2026
AMEA-da yeni şöbə yaradılacaq

AMEA-da yeni şöbə yaradılacaq

16:07 9 yanvar 2026
35 yaşında güllələnən Əməkdar artistimiz kimdir?

35 yaşında güllələnən Əməkdar artistimiz kimdir?

15:46 9 yanvar 2026
"Qadın doğulmursan, qadın olursan..." - O, hansı əsərində məşhur yazıçı ilə  seksual münasibətini yazmışdı?

"Qadın doğulmursan, qadın olursan..." - O, hansı əsərində məşhur yazıçı ilə seksual münasibətini yazmışdı?

15:00 9 yanvar 2026
Osmanlının "Lalə dövrü"nü təsvir edən ilk orientalist fransız rəssam

Osmanlının "Lalə dövrü"nü təsvir edən ilk orientalist fransız rəssam

14:40 9 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər