"Hamı bilir ki, korrupsiyanın qarşısını almaq qeyri-mümkündür. Azərbaycan incəsənətində, mədəniyyətində isə rüşvət dəhşətli dərəcədədir."
Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı deyib.
Onun sözlərinə görə, Azərbaycan incəsənətində güclü nepotizm mövcuddur:
"Vəzifəyə gətirilən hamı, əmi-dayı kriteriyaları ilə gətirilir. Bunu biz hamımız bilirik, sadəcə, qeyrətimiz yoxdur deməyə. Bundan artıq zərbə nə ola bilər? Bəlkə, hansısa festivallara gedirik, bəlkə, hansısa mükafatlar alırıq və ya hansısa bir aktyorumuza gün ağlayırıq?
Aktrisa qeyd edib ki, Xalq artistlərinin çoxu aldıqları statusa layiq deyil:
"Ələsgər Ələkbərov, Hökümə Qurbanova, Mustafa Mərdanov... onlar hamısı o vaxt SSRİ xalq artisti adı alıb. Bu Oskardan da yüksək bir şeydir. Xalq artisti olmaq hələ insan olmaq demək deyil. Xalqın boynuna qoyurlar ki, bu sənin Xalq artistindir. Bu sənin qəhrəmanındır, bu sənin liderindir. Xalq bunu tanımır e. Xalq haradan tanısın? Xalqın heç xəbəri yoxdur. Elə həyasızlar var ki, adı aktyordur, amma hələ indiyə qədər bir dənə rola möhür vurmayıb. Çünki heç kəs öz yerini acı etmək istəmir. "Şöhrət" ordeni gözləyirlər, "Xalq artisti" gözləyirlər, "İstiqlal" ordeni gözləyirlər... teatra direktor keçməyi gözləyirlər. Əşi, yeyən yeyib getdi. İndi də sən gəl."
Afaq Bəşirqızı: "Qeyrətimiz yoxdur bunları deməyə..."
Oxşar xəbərlər
"Ağrıdan hıçqırmaq istəməyimi..." - Firəngiz Əlizadə kimin ifasından sonra bunu etiraf etmişdi?
11:00
28 may 2026
İçəri kimi buraxacağına yalnız sən qərar verirsən... - Sözün ipi kimin əlindədir?
10:30
28 may 2026
Mehriban Əliyevadan 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım
10:05
28 may 2026
Sinfi mübarizə, yoxsa dil soyqırımı? - Rəsulzadənin üzə çıxarılmayan məqaləsi
10:00
28 may 2026
“İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanıldı
17:00
27 may 2026
Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olundu
16:30
27 may 2026