Yeseninin Bakı dövrünə həsr olunan film çəkilir

Yeseninin Bakı dövrünə həsr olunan film çəkilir
22 dekabr 2020
# 15:53

Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) yaradıcı komandası böyük rus şairi Sergey Yeseninin 125 illik yubileyi münasibətilə şairin həyat və yaradıcılığının Bakı dövrünə həsr edilmiş sənədli film çəkib.

Bu barədə Kulis.az--a RİMM-in mətbuat mərkəzində məlumat veriblər.

Filmin rejissoru Rüstəm Hüseynovdur. Yarım saatlıq ekran əsərində şairi Bakıya gətirmiş hadisələr, ona təsir göstərən insanlar, Bakı həyatının ona bağışladığı təəssürat, onu müşayiət edən şəxslər, o dövrün coşqun ədəbi mühiti, Yeseninin bir sıra əsərlərinin ilk nəşri, onun şəxsiyyətinin və yaradıcılığının Azərbaycanda ədəbi həyata təsiri barədə ətraflı söhbət açılır.

Nadir arxiv materiallarından, Sergey Yeseninin və onun yaxın dostlarının nadir fotoşəkillərindən, şəxsi məktublarından və sənədlərindən, böyük şairin bir sıra əsərlərinin ilk nəşrləri ilə bağlı kadrlardan, o dövrün videoxronikasından istifadə olunmuş bu filmdə Sergey Yeseninin bioqrafiyası və yaradıcılığı barədə çoxlarına məlum olmayan faktlar təqdim edilib. Filmdə şairin səfərləri, onu əhatə edən şərait, həm Yeseninin özünün, həm də onun dostlarının və davamçılarının həyat və yaradıcılığına böyük təsir göstərmiş hadisələr barədə ətraflı söhbət açılır.

Sənədli filmdə Yeseninin adı ilə bağlı yerlərə xüsusi diqqət yetirilib, bu yerlərin sonrakı taleyi və müasir vəziyyəti barədə ətraflı məlumat verilib.

# 3137 dəfə oxunub

Oxşar xəbərlər

Ortaq türk dilinə gedən yol, tərcüməçisiz ünsiyyət: Nadir Yalçının şərhində - Video

Ortaq türk dilinə gedən yol, tərcüməçisiz ünsiyyət: Nadir Yalçının şərhində - Video

16:10 24 avqust 2026
Niderland "Avroviziya"da iştirak etməyəcək

Niderland "Avroviziya"da iştirak etməyəcək

15:20 24 avqust 2026
Məşhur aktrisanın ölümü etirazlara səbəb oldu

Məşhur aktrisanın ölümü etirazlara səbəb oldu

14:50 24 avqust 2026
Macar rəssamın sərgisi açıldı – “İşığın səssizliyi”

Macar rəssamın sərgisi açıldı – “İşığın səssizliyi”

14:00 24 avqust 2026
17 yaşında intihar edən ingilis şair - Saxtakar yoxsa gənc dahi?

17 yaşında intihar edən ingilis şair - Saxtakar yoxsa gənc dahi?

13:30 24 avqust 2026
Sülhün mənası - Paulo Koelyonun pritçası

Sülhün mənası - Paulo Koelyonun pritçası

12:20 24 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər