Yazıçıların qaranlıq həyatı kitab oldu – Yeni nəşr

Yazıçıların qaranlıq həyatı kitab oldu – Yeni nəşr
27 sentyabr 2021
# 17:40

Yazar Cəlil Cavanşirin “Ədəbiyyatın bəxtsiz və şıltaq övladları” adlı yeni araşdırma kitabı işıq üzü görüb.

Bu barədə kulis.az saytına yazar özü məlumat verib.

O, bildirib ki, mətbuatda müxtəlif layihələr çərçivəsində yazıçılar və şairlər haqqında yazdığı yazıların bir qismini kitab halında nəşr etməyə qərar verib:

“Ədəbiyyat tarixində elə yazıçılar və şairlər var ki, onların müəmmalı və qaranlıq həyatı əsrlərdir, illərdir oxucuların maraq dairəsindədir. Onların sevgiləri, iztirabları, seçimləri, qərarları, dəlilikləri və intiharları yaradıcılıqlarını çox vaxt arxa planda qoyub. Mənə görə bu insanlar ədəbiyyatın şıltaq və bəxtsiz övladlarıdır.

Təxminən 7-8 il ərzində yazıçılar və şairlər haqqında yazıların əksəriyyəti bu kitabda toplanıb.”

“Ədəbiyyatın bəxtsiz və şıltaq övladları” kitabının naşiri Müşfiq Xan, redaktoru Ələsgər Əhməddir.

Xatırladaq ki, kitab “Mücrü” nəşriyyatının maarifçiliyə dəstək və mütaliəni populyarlaşdırmaq məqsədi ilə təsis etdiyi “Bir saatda tarix” adlı yeni layihəsi çərçivəsində işıq üzü görüb.

Bu silsilədən artıq 10 kitab işıq üzü görüb.

# 3903 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər