Xalq rəssamının 30 minlik əsəri koronoavirusla bağlı fonda bağışlandı

Xalq rəssamının 30 minlik əsəri koronoavirusla bağlı fonda bağışlandı
24 mart 2020
# 17:12

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qlobal təhlükə olan koronavirusa qarşı apardığı ümummilli mübarizə bütün cəmiyyətimizi həmrəy edib. Cəmiyyətin hər bir təbəqəsi bu təhlükənin tezliklə aradan qaldırılması üçün Prezidentimiz, dövlətimiz tərəfindən bütün imkanların səfərbər edilməsini, Birinci vitse-prezident Mehriban Əliyevanın qayğıkeşliklə xalqımıza ünvanladığı müraciəti yüksək qiymətləndirir.

Kulis.az xəbər verir ki, bu sözləri tanınmış rəssam, görkəmli Xalq rəssamı Vəcihə Səmədovanın nəvəsi Aqşin Mir Feyzullazadə deyib.

O qeyd edib ki, bu istiqamətdə ölkənin mədəniyyət və incəsənət xadimləri, bir sözlə, dövlətimizin qayğısından yararlanan idmançılarımız və digər ziyalılarımız preventiv addımların atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köməklik göstərməlidirlər.

Aqşin Feyzullayev vurğulayıb ki, o, bu təşəbbüsə qoşularaq nənəsi, Xalq rəssamı Vəcihə Səmədovanın 30 min manat dəyərində bir rəsm əsərini Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək məqsədilə ianə edib.

Respublikanın peşəkar rəssamlarını bu nəcib təşəbbüsə qoşulmağa dəvət edən A.Feyzullayev belə bir gündə hər kəsin imkan daxilində dövlətimizin yanında olmasının labüdlüyünü vurğulayıb.

"Bu gün biz dövlətimizə dəstəyimizi ifadə edib, həmrəylik göstərməliyik. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman vətəndaşlarımızın yanında olublar, onlara edilən müraciətləri dəyərləndirərək insanlarımıza köməklik göstəriblər. Bizim borcumuzdur ki, birliyimizi, həmrəyliyimizi bir daha nümayiş etdirək”, - deyə A.Mir Feyzullazadə söyləyib. /azertag.az/

# 3527 dəfə oxunub

Oxşar xəbərlər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

12:00 26 may 2026
Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

11:53 26 may 2026
Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

11:30 26 may 2026
Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

11:00 26 may 2026
Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

10:18 26 may 2026
Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

17:49 25 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər