Vüqar Biləcərinin sevgilisi: “Onunla evlənməyi özümə yaraşdırmırdım”

Vüqar Biləcərinin sevgilisi: “Onunla evlənməyi özümə yaraşdırmırdım”
13 iyul 2021
# 10:45

“Biz küsəndə anası barışdırırdı. Zəng edib deyərdi ki, ay Samirə, oğlum yenə yemək yemir, danış yesin. Telefonun o biri başında utanırdım”.

Bu sözləri mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Zeynalova Lent.az-a müsahibəsində deyib.

“Təzə vaxtlar deyirdim görən doğrudan anasıdır? Anası xəstə olandan sonra onunla görüşdüm. O qadın Allahın yer üzərində mələyidir. Əvvəllər adı ilə müraciət edib, Mətanət xanım deyirdim. “Xala”, “bibi” demirdim ki, ətrafdakılar elə bilər ki, nəyəsə görə şirinlik edirəm. Öz anam kimi çox istəyirəm”.

Samirə Zeynalova ailə qurmamalarının səbəblərini də açıqlayıb:

“Onunla evlənməyi mənəviyyatıma sığışdırmırdım. Fürsətçil qadın kimi görünməkdən qorxmuşam, çəkinmişəm”.

O, xartirələrinə belə davam edib:

“Mənim həmişə bir ayağım qaçaq olub ki, ayrılıram. Amma Vüqar bir dəfə də olsun o sözü ağzına gətirmədi. Deyirdim ki, evimi, maşınımı sataram, nömrəmi dəyişərəm. Dedi yox, ölkədən get. Həmin vaxt da xaricdə oxuyurdum. Dedim çıxıb getsəm ayrılacaqsan məndən? Cavab verdi ki, mən niyə axtarıram, ölkənin “İnterpol”u var, axtaracaq, tapıb gətirəcək. Həmişə deyirdi ki, kişi qanadının altına çəkdiyi qadını necə başsız qoyar? Mən o kişilərdən deyiləm. Sanki mənim başıma fata qoyub, öz evimizdən gəlin gətirmişdi. Ona görə ayrılmaq istəyirdim ki, bir gün evlənəcək, bəri başdan mənim qəlbim yanmasın, qoy nə qədər tezdi, evlənsin. Heç kim deməyəcək ki, ay aşiq oldu, sevdi. Deyəcəklər, getdi qoşuldu filankəsə. Mən bunları eşitməmək üçün deyirdim ayrılaq, evlən. Mənim də həyatda öz prinsiplərim var idi, nələrisə əldə etmək istəyirdim. Hərçənd qoymadı. Peşman da deyiləm”.

# 20584 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər