Teatr tariximizdə ilk dəfə - Qeyri-adi premyera

Teatr tariximizdə ilk dəfə - Qeyri-adi premyera
17 sentyabr 2020
# 10:37

Xəbər verdiyimiz kimi sabah Şamaxı rayonunda yerləşən XIV əsrə aid Kələxana türbələrində Mingəçevir Dövlət Dram Teatrının səhnələşdirdiyi "Sara" adlı yeni tamaşanın premyerası baş tutacaq.

Kulis.az xəbər verir ki, "SARA" tamaşası şifahi xalq ədəbiyyatı nümunələrindən sayılan "Apardı sellər Saranı" xalq dastanının motivləri əsasında hazırlanıb. Tamaşada respublikanın xalq artisti Ella Yaqubova, əməkdar artist Şıxı Yaqubov, tərəqqi medallı Aydın Quliyev və teatrın gənc aktyorları iştirak edirlər.

Gallery

Xatırladaq ki, sözügedən tamaşa Azərbaycanda ilk dəfə olaraq açıq havada tarixi abidələrin fonunda canlı dekorasiyadan istifadə edilərək nümayiş olunacaq. Aktyorlar tamaşanı məkan olaraq tarixi abidələr sayılan

Qeyd edək ki, tarixi abidələrinə, coğrafi şəraitinə, müasir infrastrukturuna görə qədim Şamaxı rayonu daima turistləri özünə cəlb edib. Kələxana türbələri Şamaxı turizm xəritəsinə daxil ediləŕək istər xarici, istərsə də yerli turistlər tərəfindən tez-tez ziyarət olunan məkanlardan hesab olunur.

Tamaşa hazırlanan zaman Nazirlər Kabineti yanında Operativ Qərərgahın xüsusi karantin rejimiylə bağlı bütün şərtlər və tələbləri nəzərə alınıb.

Gallery

Premyera Dövlət televiziyası AZTV tərəfindən çəkilərək nümayiş olunacaq və çəkilişlər yüksək texnalogiyalar vasitəsiylə (ULTRA HD) lentə alınaraq qızıl fonda daxil ediləcək. Azərbaycanda ilk dəfə olaraq Mingəçevir Dövlət Dram teatrı premyeranı tam şəkildə də olmasa fraqmentlərlə internet üzərindən dünya premyerası edərək yeniliyə imza atmış olacaq. Ekskuliziv televiziya nümayişindən sonra "Sara" tamaşasının tam video variantı teatrın sosial şəbəkələrdəki səhifələri üzərindən yayımlanacaq.

Qeyd edək ki, tamaşanı Əməkdar incəsənət xadimi Bəhram Osmanov səhnələşdirib.

Gallery

# 3112 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər