Tbilisidə Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Tbilisidə Novruz bayramına həsr olunmuş tədbir keçirilib
17 mart 2021
# 18:55

Martın 17-də Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin və muzeyin birgə təşkilatçılığı ilə reallaşıb.

Azərbaycan mədəniyyətinin nümunələri və Novruz atributları ilə bəzədilmiş tədbirdə Gürcüstan Xarici İşlər Nazirliyinin, Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirliyinin yüksək vəzifəli şəxsləri, parlamentin deputatları, Tbilisi sakrebulunun vəzifəli şəxsləri, Türkiyənin, Türkmənistanın və digər ölkələrin Gürcüstandakı səfirləri, elm, ictimaiyyət, mədəniyyət xadimləri iştirak ediblər.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbiri açdıqdan sonra Novruz bayramına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonra Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək Novruz bayramının əhəmiyyəti və bayramın Azərbaycan və digər türkdilli xalqların həyatındakı rolundan danışıb.

Sonra Gürcüstan rəsmiləri və qonaqlar çıxış edərək Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik ediblər.

# 3097 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər