Səxavət Sahilin romanı ikinci dəfə nəşr olundu

Səxavət Sahilin romanı ikinci dəfə nəşr olundu
10 mart 2020
# 10:02

Yazıçı Səxavət Sahilin müəllifi olduğu “İsanın qadını” romanı ikinci dəfə çap edilib.

Kulis.az xəbər verir ki, kitab birinci nəşrinin tükəndiyi və oxucu marağına görə yenidən işıq üzü görüb. “Avanqard Yayınları”nda nəşr edilən kitab birinci dəfə 2014-cü ildə nəşr edilmişdi.

“İsanın qadını” romanının qəhrəmanı əyalətdən şəhərə xilas olmağa gəlsə də, həyatın gözlənilməz hadisələri ilə üzləşir. İsa peyğəmbərin həyatına daxil olması düşüncələrini dəyişdirib gələcəyə inanmasına stimul verir. Özünü seçilmiş, məsih adlandırması isə ətrafındakılara qeyri-ciddi görünür, gülüş hədəfi olur.

Geciksə də “Təzə avtovağzal” ərazisindəki kəsilən şam ağaclarının şahidi olur, məsihlik qismətinin bir addımlığında durur. Həpsxanadakı cinsi istismar təkliflərinə yox deyib işgəncələrə, əzablara məruz qalır.

Gördüyü dəhşətlər, yaşadığı acılar psixoloji durumuna təsir etsə də, inamını itirmir. Müəllif mətnə real hadisələrlə yanaşı, təxəyyüldən doğan süjetlər əlavə etməklə obrazın xarakterini açmağa çalışıb.

“İsanın qadını” ilə antik yunan və dini-mistik mətnləri arasında paralellər aparanda romanın “ikinci nəfəsi” açılır, qaranlıq mətləblər aydın olur.

# 2834 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər