Şəhriyarla bağlı xatirələr çap olundu

Şəhriyarla bağlı xatirələr çap olundu
24 aprel 2020
# 12:03

Görkəmli şair Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş "Məhəmmədhüseyn Şəhriyar xatirələrdə" kitabı çapdan çıxıb.

Kulis.az xəbər verir ki, “Hədəf” nəşriyyatında "Xatirə ədəbiyyatı" silsiləsindən nəşr olunan kitabın tərtibçisi və “Ön söz” müəllifi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Esmira Fuad, layihənin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, redaktoru Səbuhi Şahmursoydur.

Kitab böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində şairin öz xatirələri də yer alıb. Əlavə olaraq, şairin qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının da yazıları kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir. Böyük söz ustadının ömrünün son saatları və ölümü də anbaan şahidlərin xatirələrindən oxuculara anladılır.

“Şəhriyar xatirələrdə” kitabı Şəhriyarşünaslıqla maraqlananlar, ümumilikdəsə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

# 4100 dəfə oxunub

Oxşar xəbərlər

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olundu

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olundu

18:30 23 sentyabr 2026
“27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edildi

“27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edildi

18:15 23 sentyabr 2026
Dünyanın ən yaxşı 100 şorbası məlum oldu

Dünyanın ən yaxşı 100 şorbası məlum oldu

18:00 23 sentyabr 2026
Stenford alimlərindən unikal layihə - Ayasofiyanın səsi rəqəmsallaşdırıldı

Stenford alimlərindən unikal layihə - Ayasofiyanın səsi rəqəmsallaşdırıldı

17:30 23 sentyabr 2026
Görkəmli şəxsiyyətlərin Sabit Rəhman haqqında fikirləri

Görkəmli şəxsiyyətlərin Sabit Rəhman haqqında fikirləri

17:00 23 sentyabr 2026
Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

16:30 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər