Şəhidlər, fişəng atanlar və Tolikin bağışlanmaz səhvi

Şəhidlər, fişəng atanlar və Tolikin bağışlanmaz səhvi
5 yanvar 2021
# 10:39

İl təzə başlayan kimi 2020-nin bizdə yaratdığı travmadan dolayı nəsə fövqəladə bir hadisənin baş verəcəyindən qorxuya düşmüşdük. Hamının əvəzindən danışmayım, amma şəxsən məndə bu hislər baş qaldırdı. Hələ də lənətə gəlmiş koronayla bir yerdə 2021-ə girməyin əsəbi və gərginliyi ilə dolmuşdum.

Düzü, yeni ili əvvəlki ab-havada keçirə bilmədik. Uşaqlığımızda qalan yeni il sevincinin üzünü indi qırışlar tutmuş, yaşlanmış, əsanın köməyi olmadan yeriməyi yadırğamışdı. Üstəgəl bu dəfəki sevinc həm də xəstələnmişdi, tez-tez asqırmaqla, öskürməklə öz varlığını göstərir, hələ də dünyamızın başıbəlalı virusla vuruşduğunu bizə xatırladırdı.

Həm də bu il şəhidlərin olması, yaxın adamların ölümü kefimizə soğan doğramışdı. Üstəlik qonaq getdiyim bir evdə öz şəhid yoldaşlarını, yaşadıqlarını xatırlayan qazinin qəfil ağlamasını görəndə ovqatım tamam alt-üst olmuşdu.

Bu arada dedilər, Bakıda, hələ başqa-başqa rayonlarımızda fişənglər atılıb, şəhid gələn evin qonşuları da Yeni il vaxtı mahnıya "polnu xod" verib. Elə də təəccüblənmədim. Düşündüm ki, olan şeydi. Uşaqlar üçün bomba səsindənsə, fişəng yaxşıdı. Ancaq bir yandan da öz-özümə dedim: indi yara təzədi, ona görə də fişəng səsi, bu laqeydlik insanların qəzəbinin üstünə benzin tökməkdən başqa bir işə yaramır. Yaxşı olardı ki, xalqımız həmin günü daha yaradıcı olaydı, başqa maraqlı qeydetmə üsulu tapa və bu da hamının xoşuna gələydi.

Yox!

Biz öyrəşmişik axı standartlara, şablonlara. Yenilik bizim nəyimizə lazım? Nəysə, keçdi getdi. Keçənə güzəşt deyiblər. Düzü, bəzi dostlar da dedi ki, fişəng atanlar başqa xalqın nümayəndələridir. Axı bizim ölkədə başqa xalqların nümayəndələri də şad-xürrəm yaşayır. Ola bilsin Milad bayramında Vətən həsrəti çəkiblər və fişəngləri partladıblar. Mən də bu açıqlamadan bir az olsun rahatlaşıb köks ötürdüm.

O günləri də Tolikin növbəti bağışlanmaz səhvinə şahid olduq. Səsi tutulmuş, danışa bilməyən bir qazimizlə görüntülü söhbət edirdi. Fikir verdim ki, özünün kömək eləməyini gözə soxur Tolik. Ekrandakı qazi və onun yoldaşları ilə yuxarıdan-aşağı danışır, özünün onlardan üstün olduğunu danışıq tonu ilə vurğulamaq istəyir. Hələ üstəlik əsgərə "kül təpənə" deməyi də unutmur.

Əziz məzmunsuz Tolik bəy, o səsi tutulan, danışa bilməyən əsgər sənin illərdir mənasız söz-söhbətlərlə özünü urvatdan salmağının fonunda çox yüksəkdə dayanır. Sən hardan biləsən bu hissi? Sənin işin ancaq öz məzmunsuzluğunla fəxr etməkdi. Dağıl, a dünya, gör, bizi kimlərə möhtac edirsən.

Kimlərəsə kömək etmək, ona əl uzatmaq yaxşı şeydi. Ancaq bunu onun başına qaxmaq janrında eləmək çox ürəkbulandırıcı gəlir adama. Mümkünsə öz məzmunsuz, heç nəyə yaramayan eqonu da götür, çıx get. Sənin yerin təlxəklikdi, əziz Tolik bəy. Yəqin ki, nə vaxta bir əsgərlə, əsgəri də qoydum qırağa, bir insanla danışmağı öyrənərsən.

2021-ə fişəngatanlarla və Tolikin səhvi ilə başladıq. Yavaş-yavaş normala qayıdırıq.

Görək, növbədə nələr var!

Yenə kim quşlayacaq, yenə nələr baş verəcək?

# 4618 dəfə oxunub

Oxşar xəbərlər

Roma Papası süni intellektə qarşı

Roma Papası süni intellektə qarşı

18:30 20 iyun 2025
Meloni Makrona niyə göz süzdürdü? - Replika

Meloni Makrona niyə göz süzdürdü? - Replika

17:56 20 iyun 2025
“Uzaq şəhər”in “Alya”sı: “Bir-birimizə çox öyrəşmişik...”

“Uzaq şəhər”in “Alya”sı: “Bir-birimizə çox öyrəşmişik...”

17:00 20 iyun 2025
İranın taleyi Təbrizdə həll olunacaq! - Həmid Herisçi

İranın taleyi Təbrizdə həll olunacaq! - Həmid Herisçi

16:10 20 iyun 2025
Kinorejissor ana və 11 aylıq qızını öldürdü - Meyitlər parkda tapıldı

Kinorejissor ana və 11 aylıq qızını öldürdü - Meyitlər parkda tapıldı

15:30 20 iyun 2025
Falçı qapısında yatan qadınlar, məsləhətlə ailə quran kişilər - Xəyanətə sürükləyən səbəb

Falçı qapısında yatan qadınlar, məsləhətlə ailə quran kişilər - Xəyanətə sürükləyən səbəb

14:00 20 iyun 2025
# # #