Salam Sarvan məşhur meyxanaçı ilə görüşəcək

Salam Sarvan məşhur meyxanaçı ilə görüşəcək
19 noyabr 2019
# 12:49

Xəbər verdiyimiz kimi, şair Salam Sarvan bu yaxınlarda meyxana ilə bağlı polemik fikirlər söyləmiş və istənilən iki meyxanaçı ilə deyişmək istədiyini bildirmişdi.

Bu fikirlər bəzi meyxanaçılar tərəfindən sərt reaksiyalar doğursa da meyxanaçı Vüqar Əbdülov News24.az-a açıqlaması maraqlı olmuşdu:

“Salam Sarvana hörmətim var. O tamam başqa bir şairdir. Bizim cızma-qaramız onun yazdıqlarının yanında böyük bir şey deyil. Onun belə bir söz deməsinə, açığı, mən təəccübləndim. Salam Sarvanla mənim sənətimin müqayisəsi doğru deyil. Onun öz yeri, mənim öz yerim. Əgər şəxsən desə ki, mən Vüqarla görüşəcəm. Mən onunla görüşərəm. Mübahisə, yarış xarakterli yox, bir-birimizə müəyyən sözlərimizi deyə bilərik. Onun da sözündə yəqin ki, böyük bir həqiqət var. Mən bütün meyxanaçıların adından danışmıram. Əksər meyxanaçıların deyişməsi, danışması mənim də ürəyimcə deyil. Sadəcə, dövrün tələbinə görə, hər kəsin öz auditoriyası var Kimisi sevgidən, kimisi Salam Sarvanın dediyi kimi, “qaqaşlıq”dan yazır. Özləri bilərlər. Salam Sarvanı şəxsən mən oxuyuram, izləyirəm. Onun yazdıqları tamam fərqli bir aləmdir. Mən Salam Sarvanın qarşısında kənara çəkilirəm”.

Şair Salam Sarvan isə bu açıqlama ilə bağlı Kulis.aza açıqlama verərək bunları söyləyib:

“Vüqar bəyə bizə verdiyi dəyərə görə təşəkkür edirəm. Təbii ki, onun “kənara çəkilmək” barədə fikrini sözün birbaşa mənasında qəbul eləmirəm. Əksinə, Vüqar bəyə minnətdarlığımı bildirirəm ki, meyxananın kütləvi təbliğinin fəsadları ilə bağlı narahatlığımızı anlayışla qarşılayır. Bu narahatlığımızın hansı dərəcədə əsaslı olması məsələnin başqa tərəfidir, əsas odur ki, Vüqar bəyin bu jesti xoşniyyətli münasibətdir, hörmətli meyxanaçımızın nəcibliyinə yaraşan hərəkətdir. Yəqin ki, bu yaxınlarda Vüqar bəylə bir çay süfrəsi arxasında oturub bu mövzuda dərdləşəcəyik. Meyxanaçı dostlarımız hansısa adada yaşamırlar, onlar da bu cəmiyyətin, bu məişətin içindədirlər və özüylə çöpü də, dirəyi də aparan təfəkkür sellərinin yaratdığı fəsadlardan onlar da əziyyət çəkirlər”.

# 3824 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər