Nüfuzlu musiqi festivalının biletləri tükəndi

Nüfuzlu musiqi festivalının biletləri tükəndi
5 oktyabr 2026
# 13:30

Böyük Britaniyanın nüfuzlu musiqi festivalı olan "Glastonbury 2027"nin ümumi giriş biletləri satışa çıxdıqdan cəmi 42 dəqiqə sonra bitib.

Kulis.az xəbər verir ki, 23-27 iyun 2027-ci il tarixlərində baş tutacaq festivalın bilet qiyməti tarixdə ilk dəfə 400 funt sterlinq həddini keçərək 408 funt (təxminən 480 avro) olub.

Bu qiymət artımı sosial şəbəkələrdə musiqisevərlərin kəskin narazılığı ilə qarşılanıb.

Musiqi proqramı hələ rəsmən açıqlanmasa da, ehtimallar arasında Sem Fender, Teylor Svift, Rihanna, "The Rolling Stones" və "Radiohead" kimi məşhur adların siyahıda olduğu bildirilir.

Festivalın təşkilatçısı Emili İvis əsas səhnə ulduzları ilə müqavilələrin bağlandığını diqqətə çatdırıb.

Qeyd edək ki, bilet ala bilməyənlər üçün növbəti satış mərhələsi 2027-ci ilin yazında təşkil olunacaq.

# 74 dəfə oxunub

Oxşar xəbərlər

Qara keşişdən Kürmükə: "Sonuncu alban" necə öldü? - ŞƏRH

Qara keşişdən Kürmükə: "Sonuncu alban" necə öldü? - ŞƏRH

13:15 5 oktyabr 2026
Mollanəsrəddinçi “Şeypur”  jurnalı

Mollanəsrəddinçi “Şeypur” jurnalı

13:00 5 oktyabr 2026
İtaliyada anım mərasimləri - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada anım mərasimləri - Müqəddəs Fransiskin xatirəsinə

12:40 5 oktyabr 2026
"Heç kim məni özümdən yaxşı tanıya bilməz..." - Deni Didro

"Heç kim məni özümdən yaxşı tanıya bilməz..." - Deni Didro

12:15 5 oktyabr 2026
2027 Paris Moda Həftəsi yekunlaşdı

2027 Paris Moda Həftəsi yekunlaşdı

11:30 5 oktyabr 2026
Məşhur aktyor violonçel çalmağı öyrəndi - Rola görə

Məşhur aktyor violonçel çalmağı öyrəndi - Rola görə

10:50 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər