Rəssamlarımızın əsərləri Misirin Mərkəzi kitabxanasında sərgiləndi

Rəssamlarımızın əsərləri Misirin Mərkəzi kitabxanasında sərgiləndi
15 fevral 2021
# 18:30

Misirin Mərkəzi Kitabxanasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərginin açılışı olub.

Kulis.az xəbər verir ki, sərgidə Salam Salamzadə, Nəcəfqulu İsmayılov, Qeyyur Yunusov, Rufik Əbiyev, Nağdəli Xəlilov, Tural Rzayev, Əfsanə Əliyeva, Fərman Qulamov, Elxan Tahirov, Altay Hacıyev və başqalarının müxtəlif janrlarda yaratdıqları tablolar təqdim edilib.

Sərginin açılış mərasimində Misirin Mərkəzi Kitabxanasının sədri, səfir Rza Tayfi, Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, Misir Parlamentinin üzvü, Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Usama Əl-Əbd, habelə Misirin siyasi-ictimai xadimləri, KİV-lərin nümayəndələri, müxtəlif universitetlərin müəllim heyəti, tələbələri, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Azərbaycanın tarixi, mədəniyyəti və təbiətini tərənnüm edən rəsm əsərlərinin sərgisi misirli sənətsevərlərinin böyük marağına səbəb olub. Misirin “Cümhuriyyə” qəzeti, “Nil Mədəniyyət” telekanalı və digər KİV-ləri sərgidən geniş xəbər və reportajlar hazırlayıb.

Azərbaycan rəssamlarının sərgisi üç gün davam edəcək.

# 1985 dəfə oxunub

Oxşar xəbərlər

Pelevinin yeni kitabı yaxın günlərdə satışda:  Mövzu Cefri Epşteynin adasıdır...

Pelevinin yeni kitabı yaxın günlərdə satışda: Mövzu Cefri Epşteynin adasıdır...

18:08 10 aprel 2026
Südabə Sərvinin yeni kitabı çap olundu

Südabə Sərvinin yeni kitabı çap olundu

17:33 10 aprel 2026
İlham Əzizin romanı təqdim olunacaq

İlham Əzizin romanı təqdim olunacaq

17:30 10 aprel 2026
"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

17:15 10 aprel 2026
Məşhur aktyorun evində narkotik tapıldı

Məşhur aktyorun evində narkotik tapıldı

16:16 10 aprel 2026
Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

14:45 10 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər