Respublika Günü münasibətilə sərgi açılıb

Respublika Günü münasibətilə  sərgi açılıb
27 may 2021
# 18:46

Mayın 27-də Bakı Kitab Mərkəzində Təhsil Nazirliyinin 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgi açılıb.

Kulis.az xəbər verir ki, sərgi Respublika Günü və Beynəlxalq Uşaq Müdafiəsi Gününə həsr olunub.

Tədbirdə Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı, bu iki əlamətdar günü bir yerdə qeyd etməyi düşündüklərini söyləyib. O, vətənpərvər ruhda böyüyən şagirdlərin çəkdiyi bu rəsmlərdən qürur hissi keçirdiyini bildirib: “Uşaqlarda vətənpərvərlik mövzusu bizim üçün aktualdır. Onlar vətənpərvər ruhda böyüyərlərsə gələcəkdə layiqli vətəndaşlar olarlar. Uşaqların əl işləri çox gözəldir və istərdim ki, gələcəkdə onlar bu işi davam etdirsinlər”.

G.Anarqızı, həmçinin hazırlıq mərhələsində olan yeni layihəsi haqqında məlumat verib. Bildirib ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunandan sonra o, “Cənnətim Qarabağ” adlı layihə hazırlayıb: “Layihə üzərində tamamlanma işləri gedir. Biz də istədik ki, Şuşada dünyaya göz açan Mirmövsüm Nəvvab və Xurşidbanı Natəvanın xatirəsinə həsr olunmuş tamaşa təşkil edək. Tamaşanın bəzi səhnələri artıq hazırlanıb. Qarabağın görkəmli şəxsiyyətlərinin obrazını canlandıran uşaqlar tamaşaya böyük həvəs göstərirlər”.

Tədbir zamanı Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əminə Musayeva mərkəz haqqında məlumat verib. Bildirib ki, 2500-ə qədər uşağın cəlb olunduğu mərkəzdə müxtəlif dərnəklər təşkil olunub. O, belə bir sərgini dərnəyin üzvləri sayəsində təşkil edildiyini söyləyib. Azərbaycana həsr olunan sərgidə 10 əl işi nümayiş olunur.

Bildirib ki, uşaqlar çox istedadıdırlar və çəkdikləri rəsmləri daha çox Qarabağa həsr ediblər.

Tədbirdə yeniyetmə rəssamlar Solmaz Rəhmanlı, Fəridə İbrahimli də iştirak edib. Onlar çəkdikləri rəsmi kətan parça və sulu boya ilə işlədiklərini deyiblər. S.Rəhmanlı bildirib ki, Qarabağın görməli yerlərini fotolar əsasında kətan üzərinə köçürüb.

Sonra “Cənnətim Qarabağ” layihəsi əsasında hazırlanan tamaşadan bir parça nümayiş etdirilib.

Tədbirin sonunda sərgiyə baxış keçirilib və Bakı Kitab Mərkəzi tərəfindən yeniyetmə rəssamlara hədiyyələr təqdim olunub.

# 2876 dəfə oxunub

Oxşar xəbərlər

Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

11:53 26 may 2026
Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

11:30 26 may 2026
Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

11:00 26 may 2026
Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

10:18 26 may 2026
Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

17:49 25 may 2026
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

16:50 25 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər