Peyvənd vurduran nazir və qərarsız Facebook əhli 

Peyvənd vurduran nazir və qərarsız Facebook əhli 
18 yanvar 2021
# 13:02

Pandemiya dövründə gözə az görünməsi ilə müzakirələrə səbəb olan səhiyyə naziri Oqtay Şirəliyev bu gün döyüşün həlledici anında meydana atılan cəngavər kimi meydana atıldı və ölkəmizdə özünə peyvənd vurduran ilk şəxs oldu.

Həmçinin TƏBİB-in sədri Ramin Bayramlı da vaksindən istifadə etdi. Əslində, peyvəndin birinci səlahiyyətli şəxslərə vurulması yaxşı təşəbbüsdür.

Əsas məsələ isə odur ki, deyəsən, başımızın bəlasına çevrilən COVİD-19 pandemiyası artıq yavaş-yavaş sona çatmaqdadır.

Təxminən, 1 ilə yaxın gün-güzəranımızı zəhər eləyən bu mərdimazar əvvəl çox sakit gəldi. Elə bildik, boş şeydir, uzağı bir-iki həftəyə çıxıb gedəcək. Amma belə olmadı…

Həftələr günləri, aylar da həftələri əvəz elədi…

Maska, sosial məsafə, spirt, “sms” icazə, polis yoxlamaları gündəlik rutinimizə çevrildi.

Hələ bir ara vəziyyət o qədər gərginləşdi ki, hamımıza beynimizi idarə edəcək “çip” qoşacaqları şayiələri dolaşmağa başladı.

Bir müddət də bu “çip”in haramıza, necə qoşulacağı müzakirə edildi.

İndi isə peyvəndlə bağlı qızğın müzakirə və mübahisələr gedir.

Son günlər insanların biri-birinə ən çox verdiyi sual da budur: “Peyvənd vurduracaqsan, ya yox?”

Görünən o ki, insanların əksəriyyəti peyvəndə şübhə ilə yanaşır və peyvənd vurdurmayacağını deyir. Bu hal tək bizim ölkədə yox, bütün dünyada müşahidə olunur.

Bəs buna səbəb nədir?

Lap əvvəldən belə bir virusun mövcudluğuna, ya da ciddiliyinə inanmayan adamlar üçün peyvənd də əhəmiyyətsiz və lazımsız görünür.

Bunu başa düşmək olar.

Başa düşülməyən ikinci qrup adamlardı. O adamlar ki, bu aylar ərzində virusun necə dəhşətli olmasından yazıb hər kəsi ehtiyatlı olmağa çağırırdılar. Sosial şəbəkələrdə “Bu dəhşətdi! Evdə qalın! Özünüzü və yaxınlarınızı qoruyun!” tipli paylaşımlar edib ağlaşma salırdılar, insanları qorxudaraq gərginliyi artırırdılar.

İndi həmin adamlar da peyvəndə barmaqarası baxır, lağ edir, məzələnir. Niyə? Əgər virus belə dəhşətli idisə, peyvəndin əhəmiyyətinə niyə inanmırsınız? Bəlkə, iynədən qorxursunuz?

Peyvəndə bu cür yanaşmanın digər səbəbi isə müvafiq qurumların karantin boyu biri-biri ilə ayaqlaşmayan, məntiqsiz qayda-qanunları oldu. Metroları bağlayıb insanları avtobuslara doldurmaq və buna bənzər bir çox mübahisəli qərar və qadağalar insanların beynindəki sual işarələrini artırdı.

Ona görə də indi peyvəndə qarşı bu cür etimadsızlıq yaranıb.

Hər halda, əgər virus varsa, onun peyvəndinə belə yanaşma başqa cür izah edilə bilməz.

Mənim isə tövsiyəm odur ki, peyvəndinizi vurdurun.

İllah da səhiyyə nazirindən sonra...

# 4813 dəfə oxunub

Oxşar xəbərlər

Erməni hakim hansı bəstəkarımıza 8 il iş kəsmişdi?

Erməni hakim hansı bəstəkarımıza 8 il iş kəsmişdi?

18:30 30 dekabr 2025
Stalinlə görüşən, Qorki ilə dostluq edən Nobel mükafatçısı

Stalinlə görüşən, Qorki ilə dostluq edən Nobel mükafatçısı

18:00 30 dekabr 2025
Hər kəs tarixi öz marağına uyğun yazır... - Məşhur Filippin yazıçısından aforizmlər

Hər kəs tarixi öz marağına uyğun yazır... - Məşhur Filippin yazıçısından aforizmlər

17:30 30 dekabr 2025
Milli Kitabxanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə  həsr olunmuş sərgi açılıb

Milli Kitabxanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərgi açılıb

16:50 30 dekabr 2025
Məşhur amerikalı aktyor Fransa vətəndaşlığı aldı

Məşhur amerikalı aktyor Fransa vətəndaşlığı aldı

16:10 30 dekabr 2025
Unikal tapıntı:  Antik oyun lövhəsi aşkarlandı

Unikal tapıntı: Antik oyun lövhəsi aşkarlandı

16:00 30 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər