Ötən gün öldürülən azərbaycanlı rejissor kimdir? – Valideynləri onu doğrayıb zibil qutusuna atdı

Ötən gün öldürülən azərbaycanlı rejissor kimdir? – Valideynləri onu doğrayıb zibil qutusuna atdı
20 may 2021
# 12:01

Ötən gün İranda baş verən tükürpədici qətl hadisəsi ölkədə ciddi rezonans yaradıb. Əslən azərbaycanlı olduğu deyilən gənc rejissor Babək Xürrəmdin vəhşicəsinə qətlə yetirilib. Valideynləri tərəfindən öncə yeməyinə yuxu dərmanı qatılaraq huşsuz vəziyyətə gətirilib.

Daha sonra ata və anası rejissoru hamama aparıb. Burada onu xüsusi vəhşiliklə öldürərək doğrayıblar. Üç hissəyə bölünən Babək Xürrəmdinin cəsədi sellofan paketlərə və çamadana doldurularaq Tehranın Ekbatan bölgəsindəki zibil qutularından birinə atılıb.

Babək Xürrəmdinin valideynləri artıq cinayəti boyunlarına alıb. İlkin ifadədə atası Abdullah Xürrəmdin əməlindən peşman olmadığını bildirib.

İlkin məlumata görə, qətlə səbəb ata və oğul arasında Babəkin həyat yoldaşı ilə bağlı yaranan uzunmüddətli mübahisə olub. Mərhumun atası dindirilmə zamanı qeyd edib ki, o, 2011-ci ildə kürəkənini, 2017-ci ildə isə qızını bıçaqlayaraq öldürüb. Abdullah Xürrəmdin qızının və kürəkəninin əxlaqi problemlər yaşadığını bildirib, qətli də bu səbəblə törətdiyini deyib.

Xürrəmdinin qətli homoseksual olduğuna görə 20 yaşında qardaşı tərəfindən öldürülən Əli Fazeli Monfaredin ölümündən qısa müddət sonra baş verməsi İranda ciddi ajiotaj yaradıb.

“Iran International TV”-nin Orta Asiya üzrə şərhçisi Jason Brodski Xürrəmdinin ölümünü İranda ailədaxili şiddətin son detallarından biri olduğunu bildirib:

“Əli Fazeli Monfared ve Romina Əşrəfi qısa müddət əvvəl qətlə yetirilib. Beynəlxalq ictimaiyyət bu qorxulu prosesə qarşı biganə qalmamalıdır”.

Qeyd edək ki, Babək Xürrəmdin 1974-cü ildə Tehranda doğulub.

2009-ci ildə Tehran İncəsənət Universitetini bitirib. Kino təhsili alan Babək 2010-cu ildə peşəkarlığını artırmaq üçün Londona gedib.

Rejissor bir neçə qısa və uzunmetrajlı bədii filmə imza atıb.

Ona beynəlxalq aləmdə nüfuz qazandıran film 2013-cü ildə lentə aldığı “Yaşar üçün and məktubu”dur. Rejissor bu filmdə xaricdə təhsil alan tələbənin həyatından bəhs edib.

Bununla paralel Babək Xürrəmdinin “Rəngsiz sarışın pozğun”, “Çərşənbə axşamı: Ana”, “Rosen”, “Kəs” və digər bədii filmləri var.

# 32681 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər