Orxan Pamukdan giley dolu açıqlama: “Səsimiz eşidilmir”

Orxan Pamukdan giley dolu açıqlama: “Səsimiz eşidilmir”
27 iyul 2020
# 11:30

“Bu sadəcə olaraq, “Atatürkün dünyəviliyinə artıq hörmət etmirik” demək anlamına gəlir”

Kulis.az xəbər verir ki, bu sözləri ədəbiyyat üzrə Nobel mükafatçısı yazıçı Orhan Pamuk Ayasofyanın məscid olaraq yenidən ibadətə açılması ilə bağlı verdiyi açıqlamasında bildirib. O, Ayasofya haqqında verilən bu qərarla bağlı hisslərini belə ifadə edib:

“Türkiyə Cümhuriyyətinin qurucusu böyük Atatürk Ayasofyanı muzeyə çevirmişdi. Bunu niyə etmişdi? Müasir dünyaya, xüsusilə də qərb dünyasında Yunan Pravoslav memarlığının bu şah əsərini muzeyə çevirərək, “Biz türklər dünyəviyik. Fransız dünyəvilik anlayışını mənimsəyərək böyük Avropa mədəniyyətinin bir hissəsi olmaq istəyirik” demək istəmişdi. Aldığı qərar bu idi. İndi bu qərardan imtina edirlər.

Yazıçı “Ayasofyanı yenidən məscidə çevirmək qərarı sizin üçün nə anlamına gəlir?” sualına isə belə cavab verib:

“Bu, sadəcə olaraq, “Atatürkün dünyəviliyinə artıq hörmət etmirik” demək mənasına gəlir. “Populyar olmaq istəyirik, populist olmaq istəyirik” deyirlər. Dünyaya Qərbdən məmnun olmadıqlarını söyləyirlər. Bu mənim xoşuma gələn mesaj deyil. Buna tənqidi yanaşıram. Amma müxalifətin də buna qarşı çıxmaması məni təəccübləndirir. Niyə qarşı çıxmırlar? Çünki bunun çox populyar bir qərar olduğunu düşünürlər. Təəssüf ki, bu Türk xalqının mənimsədiyi populyar bir qərardır. Ayasofiyanın taleyini Türk xalq müəyyən etməlidir. Amma mən də bir Türkiyə Cümhuriyyəti vətəndaşıyam və milyonlarla dünyəvi vətəndaş kimi mən də buna qarşıyam. Amma təəssüflər olsun ki, səsimiz eşidilmir”.

# 3632 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

12:30 26 may 2026
100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

12:00 26 may 2026
Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

11:53 26 may 2026
Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

11:30 26 may 2026
Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

11:00 26 may 2026
Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

10:18 26 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər