Oğlunu zorakı böyüdən Mətanət İsgəndərli

Oğlunu zorakı böyüdən Mətanət İsgəndərli
12 fevral 2021
# 13:02

Günlərdir Əməkdar artist Mətanət İsgəndərlinin ailə problemi sosial şəbəkələrin, medianın gündəmindədir. Bu ənənəvi gəlin-qaynana problemi deyil. Problemin mərkəzində olduqca həssas bir məsələ var. Qadına, azyaşlı uşağa qarşı tətbiq olunan şiddət.

Gündə yüzlərlə uşaq, qadın ailədaxili zorakılığa məruz qalır. Bu elə bir reallıqdır ki, hətta Mətanət İsgəndərli belə qaça bilmir. Nə qədər gizlətsə də, bir yer tapıb ictimaiyyətə sızır. Və biz yavaş-yavaş anlayırıq ki, ekranda gördüyümüz insanların real həyatı, yaşantıları, problemləri onların statuslarının kölgəsində qala bilmir. Mətanət İsgəndərli yaxşı müğənnidir. Məşhurdur, sənətçi olaraq sevilir. Bahalı evi, yaxşı maşını var, ara-sıra yardımlar edir. Bütün bunlar çox gözəldir, amma bir qadın olaraq, ana olaraq onu xoşbəxt edibmi bu saydıqlarım? Yaxşı ana ola bilibmi?

Yaxşı ana anlayışı bizim cəmiyyətdə yalnız bir istiqamətdə qiymətləndirilir. Övladları yanlış edən bütün valideynlərin özünə haqq qazandırdığı bir cümlə var: həyatımı övladlarıma qurban verdim.
Və ardınca gələn faktlar: yaxşı geyindirdim, yaxşı məktəblərdə oxutdurdum, boğazımdan kəsib onlara etdim və sair və ilaxır... Mən əminəm ki, bunların hamısını etdi Mətanət xanım övladları üçün. Amma bir şeyi unutdu. Zamanından pay vermədi övladlarına. Bir tərəfi əskik böyüdü, yaralı böyüdü o uşaqlar.

İllər əvvəl Mətanət İsgəndərli “Ulduz oldun” verilişində öz həyat hekayəsini danışanda ağlayaraq keçmiş həyat yoldaşının içkinin təsirindən onu və övladlarını döydüyündən danışanda çox təsirlənmişdim. İllər ötdü Mətanət xanımın övladları böyüdü, ailə qurdu. Gün gəldi oğlunun ailəsinə şiddət göstərməsi haqqında xəbərlər meydana çıxdı. Özü də elə-belə xəbər deyil, ortada görüntülü faktlar var.

Tək başına iki övlad böyütməklə öyünən Əməkdar artist bu gün özünə sual verirmi ki, mən bu övladları necə böyütmüşəm? Bir dəfə tədbirlərdən birinə Mətanət İsgəndərli qızı Ülkərlə qatılmışdı. Mən xeyli qızın davranışlarını və anası ilə münasibətini müşahidə etdim. Gəldiyim nəticə bu oldu ki, o qızın anası ilə arasında bərpa olunması mümkünsüz bir uçurum var. Aqressiv hərəkətləri məni xeyli narahat etmişdi. Sonra eşitdik ki, Ülkər xanım nişanlanıb. Media əhli sözügdən nişan məraisimindən xəbər və fotolar yaydı.

Üzərindən bir il keçməmiş nişanın qayıtdığını eşitdik. Bir müddət sonra ikinci dəfə nişanlandı xanım, bu dəfə də nişan pozuldu. Hər iksində səbəb kimi xanımın xasiyyətinin bəylə uyğun gəlmədiyi bildirildi. Amma problem bu deyildi. Uşaqlığından yaşadığı travma, ana qayğısından uzaq, diqqətindən kənar böyüməsi onun xarakterində aşınmalara gətirib çıxartmışdı. Sahib olduğu şeylər onu bir fərd olaraq xoşbəxt olmasına kömək edə bilməyib.

Oğlunun ailəsində yaşanan zorakılıq faktları da Mətanət İsgəndərlinin bir ana olaraq övladlarına yetərincə qol-qanad gərmədiyinin sübutudur. Bir qadın özü gəncliyində şiddətə məruz qaldığı halda oğlunun gəlinini, azyaşlı qızını döyməsinə necə səssiz qala bilib? Bu gün o uşağın üzündəki şillə izində Mətanət İsgəndərlinin də imzası var demək ədalətsiz səslənməz yəqin ki.

Hər çıxışında, müsahibəsində, “mən həyatımı sənətimə qurban vermişəm” deyən sənətçilər əvəzində cəmiyyətə travmalı, natamam övladlar ötürüb. Cəmiyyət məsuliyyətsiz valideynlərin diqqətdən kənar böyüyən övladlarının fiziki və mənəvi təcavüzünə məruz qalır. Uşaqlığında şiddət görən oğlanlar, qızlar əksər hallarda gələcəkdə öz ailəsinə də şiddət tətbiq edir. Bu gün o azyaşlı uşağa dəyən şillələr sabah yenidən cəmiyyətə şillə olaraq qayıdacaq.

Mətanət İsgəndərlinin günahı nədir? Onun günahı övladlarından kəsdiyi zamandır. Tədbirlər, konsertlər, efirlər, klip çəkilişləri, qastrol səfərləri onun övladlarını hər gün bir az ondan və cəmiyyətdən uzaqlaşdırıb. Bu gün də o travma özünü qurub ayaqda saxlaya bilmədikləri ailələrində büruzə verir. Yaxşı valideyn boğazından kəsən deyil, zamanından kəsən valideyndir.

# 2547 dəfə oxunub

Oxşar xəbərlər

"TANI, OXU, TANIT"  layihəsi Bakı Qızlar Universitetində

"TANI, OXU, TANIT" layihəsi Bakı Qızlar Universitetində

16:00 18 may 2024
Azərbaycanlı şair vəfat etdi

Azərbaycanlı şair vəfat etdi

14:14 18 may 2024
Feministlərin bəyənməyəcəyi tamaşa - Mirmehdi Ağaoğlu

Feministlərin bəyənməyəcəyi tamaşa - Mirmehdi Ağaoğlu

14:03 18 may 2024
İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd ediləcək

İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd ediləcək

14:00 18 may 2024
Ədəbiyyat və həyat - Con Qolsuorsinin essesi

Ədəbiyyat və həyat - Con Qolsuorsinin essesi

13:00 18 may 2024
Beynəlxalq Muzeylər Günü  münasibətilə sərgi açıldı

Beynəlxalq Muzeylər Günü münasibətilə sərgi açıldı

12:00 18 may 2024
# # #