Nərimanov haqqında kitab çap olundu

Nərimanov haqqında kitab çap olundu
15 aprel 2021
# 15:31

2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 150 illiyi tamam olub. Bu münasibətlə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Həmin Sərəncamı və Mədəniyyət Nazirliyinin tədbirlər planını əsas tutaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Nəriman Nərimanov” biblioqrafiyasını nəşr etdirib.

Kulis.az xəbər verir ki, Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr edilən biblioqrafiyada ədibin kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri öz əksini tapıb, həmçinin həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında zəngin material toplanıb.

Qeyd edək ki, Nəriman Nərimanov haqqında ilk biblioqrafiya 1972-ci ildə ədibin anadan olmasının 100 illiyi münasibətilə görkəmli biblioqraf, filologiya elmləri namizədi Fərman Bayramovun tərtibçiliyi ilə (“Nəriman Nərimanov (1870-1970): Biblioqrafik göstərici”) çap olunub. Ədibin ədəbi və ictimai-siyasi fəaliyyətinin əhəmiyyətini nəzərə alaraq, haqqında aparılan tədqiqat işlərinin pərakəndəliyini aradan qaldırmaq, fundamental informasiya resursu yaratmaq məqsədilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən yeni biblioqrafiya tərtib edilib.

Kitabın əvvəlində “Nəriman Nərimanovun həyat və fəaliyyətinin əsas tarixləri”, “Nəriman Nərimanovun hikmətli sözləri və mülahizələri”, “Görkəmli şəxsiyyətlər Nəriman Nərimanov haqqında” bölmələri verilib. Biblioqrafiyada görkəmli yazıçının kitabları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, imzaladığı əmr, sərəncam və dekretlər, elmi və publisistik məqalələri öz əksini tapıb. Həyat və yaradıcılığı haqqında kitablar ayrıca bölmə şəklində təqdim edilib, dövri mətbuatda çapdan çıxan materiallar müvafiq bölmələr üzrə qruplaşdırılaraq təqdim edilib. Biblioqrafik göstəricinin “Əlavələr” bölməsinə “Arxiv materialları”; “N.Nərimanovun tədqiqatçıları” və “N.Nərimanov mövzusunda əsərləri olan rəssamlar” altbölmələri daxil edilib. 1890-2020-ci illəri əhatə edən biblioqrafiyada zəngin material toplanıb. İlk dəfə olaraq “Nəriman Nərimanov dünya kitabxanalarında” və “Nəriman Nərimanov dünya universitet kitabxanalarında” bölmələri də verilib, N.Nərimanovun Bakı şəhərindəki Xatirə Muzeyinin materiallarından da istifadə edilib.

Azərbaycan, rus və başqa dillərdə çap olunmuş materialları ehtiva edən biblioqrafiyada ədəbiyyat bölmələr daxilində xronoloji prinsip əsasında qruplaşdırılmış, daxildə əlifba sırasına riayət edilib. Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə Nəriman Nərimanovun əsərlərinin və haqqında yazan müəlliflərin əlifba göstəricilərindən ibarət köməkçi aparat verilib.

Kitab ədəbiyyatşünas alimlər, tarixçilər, politoloqlar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

# 3426 dəfə oxunub

Oxşar xəbərlər

Barat Vüsal:  "Siyasətin əlində polad qılınc var, ədəbiyyatın isə..."- Müsahibə

Barat Vüsal: "Siyasətin əlində polad qılınc var, ədəbiyyatın isə..."- Müsahibə

11:00 10 yanvar 2026
Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

18:21 9 yanvar 2026
"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

17:44 9 yanvar 2026
“Sarı gəlin” İranda erməni mahnısı kimi təqdim edildi - Agentlikdən münasibət

“Sarı gəlin” İranda erməni mahnısı kimi təqdim edildi - Agentlikdən münasibət

17:00 9 yanvar 2026
Teleradio Akademiyası treninqlərə start verir

Teleradio Akademiyası treninqlərə start verir

16:34 9 yanvar 2026
AMEA-da yeni şöbə yaradılacaq

AMEA-da yeni şöbə yaradılacaq

16:07 9 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər