Məşhur rejissorun Putinə verdiyi sual Kadırovu əsəbiləşdirdi

Məşhur rejissorun Putinə verdiyi sual Kadırovu əsəbiləşdirdi
11 dekabr 2019
# 18:01

Rejissor Aleksandr Sokurovun Putinə verdiyi sual Çeçenistan Prezidenti Ramzan Kadırovun qəzəbinə səbəb olub.

Kulis.az rus mediasına istinadla xəbər verir ki, Sokurov tərdbirlərin birində Putindən Çeçenistanda əməliyyat zamanı ölən Pskov desantlarına da, Kadırovun atasına da Rusiya Qəhrəmanı adı verilməsini başa düşmədiyini deyib və bunula bağlı izahat verməsini istəyib.

Atasıyla bağlı fikirdən qəzəblənən Kadırov bu haqda "Telegram"da sərt fikirlər yazıb.

Kadırov statusunda Sokurovun çeçen xalqına hörmətsizlik etdiyini vurğulayıb:

"Biz olmasaydıq, o və onun kimi tiplər çoxdan ölkədən qaçar və bir təpə arxasına sığınıb Rusiyaya hürər, dövləti məhv etmək üçün alçaqcasına çalışardılar".

Kadırov onu da qeyd edib ki, Sokurov yalnız özünü piar etmək naminə Pskov desantlarına dil uzadır:

"Əhməd Kadırov bacarıqlı siyasəti sayəsində yaraqlıları tərk-silah etməyi bacarıb, bu da federal qoşunların itkilərini xeyli azaldıb. Bir çox insan Əhməd Kadırovun gərgin əməyi sayəsində xilas olub. Siz Rusiyanın bütövlüyünü və ölkənin cənubundakı sabitliyi qorumaq üçün qurban verilən minlərlə insan həyatının qiymətini başa düşmürsünüz?", deyən Kadırov Sokurova müraciət edib.

Kadırov əlavə edib ki, Sokurovun özünün şəxsi fikri yoxdur, o, başqalarının iradəsini yerinə yetirir və onların tapşırığı əsasında suallar verir. O, Sokurova "kukla ustasının əlindəki oyuncaq" ilə müqayisə edib. "İnsan olun, vətənpərvər olun, kiminsə əlində oyuncaq olmayın" deyib.

# 3672 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər