Moskvada Azərbaycanın Xalq rəssamının sərgisi açılıb - Fotolar

Moskvada Azərbaycanın Xalq rəssamının sərgisi açılıb - Fotolar
14 oktyabr 2021
# 16:41

Moskvanın Dövlət Şərq Muzeyində Azərbaycanın Xalq rəssamı, Azərbaycan heykəltəraşlığında avanqardizmin əsasını qoyan Fazil Nəcəfovun sərgisi açılıb.

Kulis.az xəbər verir ki, APA-nın Moskva müxbirinin xəbərinə görə, Heydər Əliyev Fondu, Rusiya Mədəniyyət Nazirliyi, Dövlət Şərq Muzeyi və “Mərcani” Fondunun təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın yaradıcılığının müxtəlif dövrlərinə aid bürüncdən hazırlanan heykəllər və qrafik əsərlər nümayiş olunur.

Sərgidə azərbaycanlı heykəltəraşın yaradıcılığına həsr olunan “Fazil Nəcəfov. Heykəltəraşlıq. Qrafika” albomunun təqdimatı da baş tutub.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbüloğlu Fazil Nəcəfovu canlı klassik adlandırıb: “Fazil müəllim 1935-ci ildə doğulub. Mən ona uzun ömür arzulayıram. Rəssam və heykəltəraş haqqında danışmaq minnətdarlıq gətirəsi iş deyil. Lakin mən qeyd etmək istəyirəm ki, Sovet dövründə incəsənətdə avanqardizmi izləmək asan deyildi. Lakin Fazil Nəcəfov bunu bacarıb və o, bu gün canlı klassikdir”.

Dövlət Şərq Muzeyinin direktoru Aleksandr Sedov sərgidə azərbaycanlı rəssamın həm son illərdəki əsərlərinin, həm də əvvəlki illərə aid əsərlərinin yer aldığını bildirib: “Amma gecənin əsas ideyası “Fazil Nəcəfov. Heykəltəraşlıq. Qrafika” albomunun təqdimatıdır. Albom çoxdankı tərəfdaşımız olan Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilib. Bu artıq bu il Heydər Əliyev Fondu ilə birgə təşkil etdiyimiz ikinci sərgimizdir. İlk sərgi Nizami Gəncəviyə həsr olunmuşdu. Heydər Əliyev Fondu ilə əməkdaşlığımızı həqiqətən qiymətləndiririk və bunun davam edəcəyini və öz bəhrəsini verəcəyinə ümid edirik”.

Sərginin kuratoru, “Fazil Nəcəfov. Heykəltəraşlıq. Qrafika” albomunun həmmüəllifi Mariya Filatova Fazil Nəcəfovun yaradıcılığına həsr olunmuş albom üzərində işin 4 il davam etdiyini qeyd edib: “Bu albomun 3 müəllifi var. Əsas müəllif inanılmaz ədəbi vergisi olan Fazil Nəcəfovun özüdür. Genişmiqyaslı nəşrin işıq üzü görməsi çoxdan gözlənilən hadisə idi”.

Qeyd edək ki, sərgi oktyabrın 20-dək davam edəcək.

# 3798 dəfə oxunub

Oxşar xəbərlər

Belə bir ölkəyə altı qol vurub sevinmək utanc hissini itirməkdir... - Nihat Pir

Belə bir ölkəyə altı qol vurub sevinmək utanc hissini itirməkdir... - Nihat Pir

15:00 28 mart 2026
Şəhər sakinləri kərgədanlara çevriləndə... - İonesko faşizmi necə ifşa etmişdi?

Şəhər sakinləri kərgədanlara çevriləndə... - İonesko faşizmi necə ifşa etmişdi?

14:00 28 mart 2026
"Belə adamlara ziyalı kimi baxanlar da bambılıdır" - Ulucay Akif

"Belə adamlara ziyalı kimi baxanlar da bambılıdır" - Ulucay Akif

12:25 28 mart 2026
“Ulduz müharibələri”ndəki başlıq rekord qiymətə satıldı

“Ulduz müharibələri”ndəki başlıq rekord qiymətə satıldı

11:50 28 mart 2026
Qəni Camalzadə:  "Süni yazı oxucuya təsir etmir" - Müsahibə

Qəni Camalzadə: "Süni yazı oxucuya təsir etmir" - Müsahibə

11:35 28 mart 2026
Yenə yağış, yenə su altında qalan Bakı... - Məsul qurumlar hara baxır?

Yenə yağış, yenə su altında qalan Bakı... - Məsul qurumlar hara baxır?

11:00 28 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər