Mirzə Cəlilin əsəri əsasında serial çəkilir

Mirzə Cəlilin əsəri əsasında serial çəkilir
2 sentyabr 2020
# 17:56

Görkəmli yazıçı, publisist, mütəfəkkir və ictimai xadim Cəlil Məmmədquluzadənin eyniadlı dram əsərinin motivləri əsasında “Anamın kitabı” adlı 12 seriyalı filmin çəkilişlərinə başlanılıb.

Layihə İctimai Televiziyanın dəstəyi ilə həyata keçirilir.

Bu barədə məlumat verən rejissor Xəyyam Abdullazadə bildirib ki, İctimai Televiziya ilə birgə bir neçə layihə həyata keçirilib: “Onlardan biri də böyük dramaturq Cəfər Cabbarlının 120 illiyi ilə bağlı reallaşdırılan “Solğun çiçəklər” filmi idi. Film Mədəniyyət Nazirliyi və İTV-nin dəstəyi ilə 8 seriyadan ibarət layihə kimi təqdim olundu. Bu il isə “Anamın kitabı” əsərinin ekranlaşdırılması ideyası yarandı və İTV-nin rəhbərliyi bu ideyanı dəstəklədi”.

Faciə-dram janrında olan filmin çəkilişləri avqust ayının 1-də başlanıb və sentyabrın sonunadək davam edəcək. Çəkilişlər Astara və Lənkəran rayonlarında aparılır.

Ekran əsərinin ssenari müəllifləri Xəyyam Abdullazadə, Naiq Babayev, Nurlan Həsənli, Zaur Rzayev, quruluşçu rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, quruluşçu operatoru Elman Əliyev, bəstəkarı Araz Hümbətov, səs rejissoru Orxan Ağalarov, montajçı Elçin Elxanlı, qrim üzrə rəssam Adilə Fərruxovadır.

Rollarda Əməkdar artistlər Almaz Amanova, Loğman Kərimov, aktyorlar Murad Məmmədov, Asiman Ağa Rövşən, Ziya Ağa, Esmiralda Abdullayeva, İoanna Frenşdant, Sabirə Abdullayeva, Anar Mikayılov, Elxan Quliyev, Namis Şirməmmədov, Qızılgül Quliyeva, Zemfira Nəcəfova, Səyyad Əli və Emin Nəsirli çəkilir.

Ekran əsərinin baş prodüseri Balakişi Qasımov, prodüserləri Yalçın Verdiyev və Elməddin Alıyevdir. Film payızın sonlarında tamaşaçılara təqdim olunacağı gözlənilir. /azertag.az/

Gallery

Gallery

# 2675 dəfə oxunub

Oxşar xəbərlər

Murad Dadaşov xəstəxanalıq oldu

Murad Dadaşov xəstəxanalıq oldu

12:50 13 mart 2026
Zafer Ergin xəstəxanadan evə buraxıldı

Zafer Ergin xəstəxanadan evə buraxıldı

12:30 13 mart 2026
Efirlərdən qovulan müğənnilərin intiqamı - Klassikaya çevrilmiş mahnılarımızı pis günə qoyanların məqsədi nədir?

Efirlərdən qovulan müğənnilərin intiqamı - Klassikaya çevrilmiş mahnılarımızı pis günə qoyanların məqsədi nədir?

12:00 13 mart 2026
“Əməkdar incəsənət xadimi Zakir Bağırov - 110”  adlı sərgi açıldı

“Əməkdar incəsənət xadimi Zakir Bağırov - 110” adlı sərgi açıldı

11:40 13 mart 2026
"Riyakarın iflası"  kitabının təqdimatı keçirildi

"Riyakarın iflası" kitabının təqdimatı keçirildi

11:09 13 mart 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:43 13 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər