Mədəniyyət və Kinematoqrafiya üzrə komitə yaradılıb

Mədəniyyət və Kinematoqrafiya üzrə komitə yaradılıb
8 iyul 2021
# 14:22

“Caspian Energy Club”ın İdarə Heyətinin iclasında Mədəniyyət və Kinematoqrafiya üzrə Komitənin yaradılması haqqında qərar qəbul olunub.

Kulis.az xəbər verir ki, bu barədə “Caspian Energy Club”ın sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

O, bildirib ki, yeni yaradılan Mədəniyyət və Kinematoqrafiya üzrə Komitənin fəaliyyət məqsədi ölkə daxilində, ölkədən kənarda Azərbaycan mədəniyyətinin və kinematoqrafının inkişafında, eyni zamanda təbliğində fəal iştirakından ibarətdir:

“Komitə fəaliyyətində mədəniyyət və kinematoqrafiya sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların mövcud vəziyyəti haqqında məlumatların toplanması, təhlili və sistemləşdirilməsi, Klubun üzvləri olan digər ticarət strukturları ilə işgüzar əlaqələrin qurulmasına köməyin göstərilməsini, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi üçün təkliflərin hazırlanmasını, həmçinin mədəniyyət və kinematoqrafiya sahəsində fəaliyyət göstərən müəssisələrin iqtisadi inkişafı üçün əlverişli şəraitin, rəqabətli bazarın yaradılması və beynəlxalq əlaqələrin qurulmasını, Mədəniyyət Nazirliyi və Azərbaycanın digər icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq etməyi planlaşdırır”.

“Caspian Energy Club”ın İdarə Heyətinin iclasının qərarı ilə Klubun Mədəniyyət və Kinematoqrafiya üzrə Komitəsinin sədri Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqının katibi Nəriman Məmmədov seçilib.

Məlumat üçün bildirək ki, 2002-ci ilin iyununda yaradılan“Caspian Energy Club” sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirir. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan klubun əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, dünyanın müxtəlif ölkələrində isə səlahiyyətli nümayəndələri var.

Azərbaycan Kinematoqrafçlar İttifaqının katibliyindən bildirlib ki, iş adamlarının Azərbaycan kino sahəsinə olan diqqəti və marağı çox təqdirəlayiqdir və kinematoqrafçılar ilə iş adamları arasında körpülərin qurulması çox vacib məsələlərdən biridir.

aki.az

# 2685 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər