Kafkanın “Seçilmiş əsərləri” nəşr olunub

Kafkanın “Seçilmiş əsərləri” nəşr olunub
12 aprel 2021
# 15:30

150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasının ilk nəşri – dahi Avstriya yazıçısı, əsərləri ilə XX əsr dünya ədəbiyyatında yeni mərhələ yaratmış Frans Kafkanın ikicildlik “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

Dövlət Tərcümə Mərkəzindən Kulis.aza bildirilib ki, “Hekayələr”, “Pritçalar”, “Gündəliklər”, “Xatirələr” “Romanlar” kimi fəsillərdən ibarət kitaba yazıçının orijinaldan tərcümə edilmiş “Hökm”, “Çevrilmə”, “Yuva”, “Bir savaşın təsviri”, “Ocaqçı”, “Bədbəxtlik”, “Cəza koloniyası”, “Balaca qadın”, “Kənd həkimi”, “Müğənni Jozefina” kimi məşhur hekayələri, “Körpü”, “Çalağan”, “Yuxu”, “İmtahan”, “Qaçış”, “Qonşu”, “Gecə”, “Poseydon” və digər pritçaları, “Məhkəmə”, “Qəsr” romanları, gündəlik və müsahibələri daxil edilib.

Əsərləri alman dilindən tanınmış tərcüməçilər Vilayət Hacıyev, Çərkəz Qurbanlı, Yusif Savalan və digərləri tərcümə edib. Kitabın tərtibçisi Mahir N.Qarayevdir.

# 3777 dəfə oxunub

Oxşar xəbərlər

Laçında Şəhər Günü münasibətilə konsert keçirildi

Laçında Şəhər Günü münasibətilə konsert keçirildi

19:00 26 avqust 2026
Amerikalı müğənninin ölümü ilə  bağlı detallar ortaya çıxdı

Amerikalı müğənninin ölümü ilə bağlı detallar ortaya çıxdı

18:15 26 avqust 2026
Tanınmış macar yazıçı vəfat etdi

Tanınmış macar yazıçı vəfat etdi

17:00 26 avqust 2026
Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

16:30 26 avqust 2026
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər