İncəsənət Muzeyinin direktoru "Qızıl ulduz" medalı ilə təltif edildi

İncəsənət Muzeyinin direktoru "Qızıl  ulduz" medalı ilə təltif edildi
26 yanvar 2021
# 09:30

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə akademiyanın beynəlxalq “Qızıl ulduz” medalı ilə təltif edilib.

Mədəniyyət Nazirliyindən Kulis.az-a verilən məlumata görə, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Rəyasət heyətinin qərarı ilə professor Çingiz Fərzəliyev, həmçinin türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə beynəlxalq “Atatürk mükafatı”na layiq görülüb.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının ali məqsədi türk dili, mədəniyyəti, tarixi və ədəbiyyatını bütün dünyada təşviq etməkdir. Akademiya 30-dan çox ölkədə tanınmış universitetlər, elmi-tədqiqat institutları, müxtəlif fond və qurumlar ilə qarşılıqlı əlaqələr qurub. Akademiyanın ABŞ, Fransa, İtaliya, Böyük Britaniya, Almaniya, Belçika, Rumıniya, İsveçrə, Niderland Krallığı, İran, Rusiya Federasiyası, Suriya, İordaniya, Misir, Ukrayna, İraq, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan, Moldova, Kosovo, Makedoniya, Yunanıstan və Çində rəsmi nümayəndəlikləri fəaliyyət göstərir. Bu günə kimi türk dünyasının, eləcə də digər ölkələrin yüzdən çox məşhur ziyalısı akademiyanın fəxri ad və beynəlxalq mükafatlarına layiq görülüblər.

Türk dünyasının məşhur simaları – Süleyman Dəmirəl, Nursultan Nazarbayev, Rauf Denktaş, Çingiz Aytmatov, İhsan Doğramacı və başqaları akademiyanın fəxri ad və medalları ilə təltif olunublar. Azərbaycanın görkəmli alimləri, o cümlədən Arif Paşayev, Cəmil Əliyev, Xoşbəxt Yusifzadə, Nailə Vəlixanlı, Elbay Qasımzadə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvləridir.

# 3521 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

12:30 26 may 2026
100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

12:00 26 may 2026
Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

11:53 26 may 2026
Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

11:30 26 may 2026
Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

11:00 26 may 2026
Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

10:18 26 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər