Halük Levent Bakıda konsert verdi - Fotolar

Halük Levent Bakıda konsert verdi - Fotolar
13 dekabr 2019
# 11:11

Bakıda Türkiyənin məşhur rok ifaçısı Halük Leventin xeyriyyə konserti keçirilib.

“Nargis” Fondundan bildirilib ki, iki saatdan artıq çəkən konsertində müğənni ifaları, perfomansı ilə heyranlarına, xeyriyyəçilərə və Suraya dəstək məqsədilə gələn hər kəsə unudulmaz bir axşam bəxş edib.

Xəbər verdiyimiz kimi, bir müddət öncə məşhur rok ifaçısı Halük Levent şəxsi “Tvitter” hesabında bildirib ki, təsisçisi olduğu “Ahbap” xeyriyyə cəmiyyətinə limfoma xərçəngindən əziyyət çəkən 22 yaşlı azərbaycanlı Sura Nadirova müraciət edib. Qeyd etdiyimiz tvitdə ifaçı Azərbaycanın paytaxtı Bakıda Suraya dəstək məqsədilə xeyriyyə konserti keçirməyə hazır olduğunu vurğulayıb və qardaş ölkəni birliyə səsləyib.

Bakı türkiyəli ifaçının təşəbbüsünə səssiz qalmadı. “iTicket.az” və “Nargis” Fondunun təşkilatı, “A+A events”, “Hilton Baku Hotel”, “Elektra Events Hall” dəstəyi ilə “Elektar Events Hall”da Halük Leventin Sura üçün möhtəşəm konserti baş tutdu. H.Levent konsertdən bir qədər əvvəl təşkil olunmuş mətbuat konfransında media nümayəndələrinə bildirib ki, bu təşəbbüs həm bir həftə sonra ilik nəqli köçürülməsi əməliyyatına ehtiyacı olan Suraya dəstək, həm də iki qardaş milləti bir araya gətirmək, iki ölkənin digər sənətçilərini də bu cür irimiqyaslı xeyriyyə tədbirlərinə qoşulmağa səsləmək məqsədini daşıyır.

Bilet satışından əldə olunan gəlir 41400 AZN təşkil edib. /azertag.az/

# 3905 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər