Gənc rejissor Nazirliyin sifarişi ilə tammetrajlı bədii film çəkir - Foto

Gənc rejissor Nazirliyin sifarişi ilə tammetrajlı bədii film çəkir - Foto
8 yanvar 2020
# 16:17

20 Yanvar hadisələrindən sonra baş verən bir ailənin dramından bəhs edən tammetrajlı bədii filmin çəkilişlərinə start verilib.

Kulis.az xəbər verir ki, ssenari müəllifi və rejissoru Pərviz Həsənov olan “Mampası qutusu” adlanan film 20 yanvar hadisələrindən sonra bakıdakı komendant saatı dönəmində bir ailənin başına gələn tragi komik hadisədən bəhs edir. Filmin baş rollarında Rasim Cəfər, Rövşən Ağayev, Ləman Mərrih, Günel İmanova çəkiləcək. Rollarda Manaf Dasaşov, Zemfira Əbdülsəmədova, Əli Əlizadə, Vidadi Əliyev, İqrar Salamov, Arif Kərimov, Əməkdar artist Hüsniyyə Mürvətova da çəkiləcək.

Kulis az-a açıqlama verən Hüsniyyə Mürvətova filmdə epizodik rolda çıxış etsə də onun üçün bu işin çox böyük əhəmiyyəti olduğunu bildirib: “Mənim üçün rolun böyüyü-kiçiyi yoxdur. Hələ belə tarixi bir mövzuda çəkilən filmdə kiçik də olsa rol almaqdan qürur duyuram. Rolum çox kiçik olsa da düşünürəm ki, yadda qalan bir rol olacaq. İnanıram ki, film çox uğurlu alınacaq”.

Qeyd edək ki, filmin çəkilişlərinə yanvarın 20-dən etibarən start veriləcək. Bu gün filmin kastinqləri başa çatıb, yaradıcı heyət təsdiqlənib.

Xatırladaq ki, ötən il Mədəniyyət Nazirliyi tərəfindən bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunmuşdu. “Mampası qutusu” filminin ssenarisi də müsabiqəyə təqdim edilən 200-dək bədii, sənədli və animasiya filmi ssenarisi arasından seçilib qalib olan film layihələrindəndir.

Film Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycanfilm kinostydiyasında istehsal olunur.

# 6201 dəfə oxunub

Oxşar xəbərlər

Pelevinin yeni kitabı yaxın günlərdə satışda:  Mövzu Cefri Epşteynin adasıdır...

Pelevinin yeni kitabı yaxın günlərdə satışda: Mövzu Cefri Epşteynin adasıdır...

18:08 10 aprel 2026
Südabə Sərvinin yeni kitabı çap olundu

Südabə Sərvinin yeni kitabı çap olundu

17:33 10 aprel 2026
İlham Əzizin romanı təqdim olunacaq

İlham Əzizin romanı təqdim olunacaq

17:30 10 aprel 2026
"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

17:15 10 aprel 2026
Məşhur aktyorun evində narkotik tapıldı

Məşhur aktyorun evində narkotik tapıldı

16:16 10 aprel 2026
Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

14:45 10 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər