Fuentesin kitabı onlayn təqdim olunacaq

Fuentesin kitabı onlayn təqdim olunacaq
21 aprel 2021
# 18:18

Karlos Fuentesin “Seçilmiş əsərləri”nin onlayn təqdimatı keçiriləcək

Bu barədə Kulis.az-a Dövlət Tərcümə Mərkəzindən xəbər verilib.

Məlumatda qeyd olunur ki, aprelin 21-də Meksikanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Xuan Rodriqo Labardini Flores Dövlət Tərcümə Mərkəzində olub.

Görüş zamanı dünya şöhrətli Meksika yazıçısı Karlos Fuentesin Azərbaycan dilinə tərcümə və nəşr edilmiş “Seçilmiş əsərləri” (ADTM) kitabının Meksika ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması sahəsinə əlamətdar töhfə olduğu və kitabın yaxın günlərdə Meksika Xarici İşlər Nazirliyinin “Mədəniyyət diplomatiyası” vebsaytı vasitəsilə onlayn videokonfrans – təqdimatının keçiriləcəyi bildirilib.

Xuan Rodriqo Labardini Flores: “Azərbaycanda Meksika ədəbiyyatına verilən bu dəyər tanınmış Meksika yazıçılarının əsərlərinin belə yüksək səviyyədə nəşri bizi, sözün əsil mənasında təsirləndirir. Dövlət Tərcümə Mərkəzinin yaxın günlərdə ərsəyə gətirdiyi bu son nəşr isə mənim özümü də Karlos Fuentesin kitabda yer almış “Artemio Krusun ölümü” və “Aura” romanlarını yenidən oxumağa vadar etdi. Əsərlərin tərcümə keyfiyyəti ekspertlərimiz tərəfindən yüksək dəyərləndirilib. Bu əlamətdar hadisəyə görə bir daha Mərkəzə dərin minnətdarlığımızı bildirirəm”.

Daha sonra səfir Azərbaycan ədəbiyyatının Latın Amerikası ölkələrində tanıdılması istiqamətində Nikaraquanın “Karatula” (Carátula), Venesuelanın “Poeziya” (Poesía) jurnallarının, eləcə də Meksika Milli Universitetinin (Universidad Nacional Mexico (UNAM) “Poeziya” (Poesía) qəzetinin bu sahədə Mərkəzlə əməkdaşlığa hazır olduğunu bildirib.

# 2822 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər