Fransada Qarabağdan bəhs edən "Renesans" adlı sərgi açıldı

Fransada Qarabağdan bəhs edən "Renesans" adlı sərgi açıldı
10 iyul 2021
# 15:26

“Renesans” koronavirus bəlasından sonra bəşəriyyətin yenidən dirçəldiyini göstərir. Gəzdiyim ölkələrdə yeni gənc nəslin nümayəndələrini görürəm. 30 il əvvəl doğma yurdundan didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin övladları ilə rastlaşmışam. Onlar bəşəriyyətin yeni nəslini formalaşdırırlar, onların ən yaxşı dünya yaratmaq istəklərini görürəm. Mənim fikrimcə bu, renessansdır.

Bu fikirləri tanınmış fotojurnalist Reza Deqati Pyerfitt şəhərində “Renessans” (Renaissance) adlı sərgisinin açılışında söyləyib.

Fotoqraf bildirib ki, ötən ilin oktyabrından bu günə qədər Azərbaycanın Qarabağ regionunda olub. 30 il əvvəl erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan əraziləri 2020-ci ilin noyabrında azad olunub. 30 il əvvəl və sonra bu regionda təbiətin yenidən necə dirçəldiyinin şahidi olduğunu və bunu renessans hesab etdiyini diqqətə çatdırıb. “Daha çox çətinliklərlə üzləşəndə, yeni daha gözəl dünya qurmaq iradəsinin şahidi oldum”, - deyə R.Deqati bildirib. Sərginin yerli sakinlərlə birlikdə yeni layihələr həyata keçirilməsinə, eləcə də dünyanın digər ölkələrinin tanınmasına töhfə verəcəyinə inamını ifadə edib.

Reza Deqatinin sərgisinin açılışında bu şəhərdə və qonşu şəhərlərdən olan fransız rəsmiləri, Pyerfittenin meri və meriyanın əməkdaşları, yerli sakinlər iştirak ediblər.

Pyerfitdə aşılmış Reza Deqatinin “Renessans” sərgisi gələn ilin yanvar ayınadək davam edəcək.

# 3036 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər