Frans Kafkanın ikicildliyi Avstriyanın səfirinə hədiyyə olundu

Frans Kafkanın ikicildliyi Avstriyanın səfirinə hədiyyə olundu
5 may 2021
# 18:31

Frans Kafkanın ikicildliyi Avstriyanın səfirinə hədiyyə olundu.

Dövlət Tərcümə Mərkəzindən Kulis.az-a verilən xəbərə görə, mayın 5-də Avstriyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Bernd Aleksandr Bayerl Dövlət Tərcümə Mərkəzində olub.

Görüş zamanı Mərkəz tərəfindən müxtəlif illərdə Azərbaycan dilində ərsəyə gətirilmiş dünya ədəbiyyatı nəşrləri, xüsusən Avstriya ədəbiyyatı nümunələri ətrafında fikir mübadiləsi aparılıb.

Bernd Aleksandr Bayerl görüş zamanı fikirlərini bölüşüb:

“Mərkəz tərəfindən Avstriya ədəbiyyatına ayrılan diqqətdən hər zaman qürur hissi duyuruq. Yaxın günlərdə işıq üzü görmüş Frans Kafkanın ikicildlik “Seçilmiş əsərləri” isə xüsusi hadisədir. Kafkanın Azərbaycanda ilk nəşrini də, bildiyim kimi, 90-cı illərdə Tərcümə Mərkəzi ərsəyə gətirib. Bu dəfə isə Kafkanın əsərlər külliyyatının ikicildliyi nəşr olunub. Kitabın belə peşəkar səviyyədə nəfis tərtibdə Azərbaycanda işıq üzü görməsi məni, hər şeydən əvvəl Kafkanın bir oxucusu, Kafka yaradıcılığının pərəstişkarı kimi çox təsirləndirdi. Avstriya səfirliyi olaraq, Dövlət Tərcümə Mərkəzi ilə birlikdə ikicildliyin təqdimatını təşkil etməyi düşünürük. Biz bu ikicildliyin daha böyük auditoriyalara çıxışı və təbliği üçün öz təkliflərimizi də verəcəyik. Mərkəzə, Siz başda olmaqla, dərin minnətdarlığımızı bildiririk və Avstriya–Azərbaycan ədəbi mübadilələrinin genişləndirilməsi istiqamətində hər zaman əməkdaşlığa hazırıq”.

Görüşün sonunda qonağa Mərkəzin “Dünya ədəbiyyatı inciləri” seriyasından işıq üzü görmüş ilk nəşr – məşhur Avstriya yazıçısı Frans Kafkanın Azərbaycan dilinə tərcümə və nəşr edilmiş əsərlərinin, gündəlik və müsahibələrinin toplandığı ikicildlik “Seçilmiş əsərləri” kitabı hədiyyə edilib.

# 2212 dəfə oxunub

Oxşar xəbərlər

2026-cı ilin mədəniyyət mərkəzi haradır?

2026-cı ilin mədəniyyət mərkəzi haradır?

11:40 24 fevral 2026
Salsa əfsanəsi vəfat etdi

Salsa əfsanəsi vəfat etdi

11:20 24 fevral 2026
Xoşbəxt olmaq üçün Ömər Xəyyamın əsas tövsiyəsi

Xoşbəxt olmaq üçün Ömər Xəyyamın əsas tövsiyəsi

10:45 24 fevral 2026
Ukraynalı rəssamlardan müharibə əleyhinə sərgi

Ukraynalı rəssamlardan müharibə əleyhinə sərgi

10:44 24 fevral 2026
Bu gün Su çərşənbəsidir

Bu gün Su çərşənbəsidir

10:22 24 fevral 2026
Otuz səkkiz il sonra vətənə qayıdan mühacir - Canlar Lənkəranlının həyat hekayəsi

Otuz səkkiz il sonra vətənə qayıdan mühacir - Canlar Lənkəranlının həyat hekayəsi

10:00 24 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər