Cavid Zeynallının "Şükriyyə" kitabı işıq üzü gördü

Cavid Zeynallının "Şükriyyə" kitabı işıq üzü gördü
6 yanvar 2021
# 09:57

Yazıçı Cavid Zeynallının "Şükriyyə" adlı yeni kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitabda müəllifin "Şükriyyə", "Tanrı quşu gəlmədi", "Ölümə gedən" adlı pyesləri, "Sergi ata" (L.Tolstoy), "Varavva" (P.Lagerkvist), "Əsirin qayıtması" (A.Morua) və "Cəmilə" (Ç.Aytmatov) əsərlərinin səhnələşdirmələri yer alıb.

"Mücrü" nəşriyyatında çap olunan kitabın redaktoru Həmidə Nizamiqızı, naşiri Müşfiq Xandır.

Cavid Zeynallı bildirib ki, kitabı Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanıma vəfa borcu sayır:

"Şükriyyə xanımın həyatını dərindən araşdırandan sonra onun faciəsinin sənət həllini​ məhz səhnədə təsəvvür elədim. Əlbəttə, gələcəkdə bu material əsasında ssenari də yazmaq olar. İmkan düşən kimi bunu edəcəm. Şükriyyə xanım Azərbaycan qadınlığının ləyaqət simvoludur və inanıram ki, bu pyes əsasında hazırlanan tamaşanı tezliklə səhnədə görə biləcəyik.

Digər iki pyesdən biri - "Ölümə gedən" birpərdəli pyesdir və Mədəniyyət Nazirliyinin dramaturgiya müsabiqəsinin qalibi olub. "Tanrı quşu gəlmədi" pyesi isə keçmişinin əzablarını çəkən insanın faciəsi haqqındadır.

Kitabda dünya ədəbiyyatının dörd məşhur əsərinin səhnələşdirməsi yer alıb. Bu əsərlər mənim çox sevdiyim əsərlərdir və onların hər biri Azərbaycan səhnəsinə yalnız başucalığı gətirər. Açığı, səhnələşdirmələrin pyeslərlə bərabər bir kitabda çap olunmasına tərəddüd edirdim, amma dostlarla məsləhətləşəndən sonra tərəddüdə yer qalmadı. Səhnələşdirmə böyük əziyyətdir. Üstəlik, rejissorlar üçün hazır materialdır. İnanıram ki, həm pyeslər, həm də səhnələşdirmələr rejissorların diqqətini çəkəcək".

# 2720 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər