Bu gün “Vətən borcu” filminin premyerası olacaq

Bu gün “Vətən borcu” filminin premyerası olacaq
13 iyul 2020
# 15:51

Bu gün saat 21:15-də “Mədəniyyət” kanalında Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, aprel şəhidi Mühüd Orucova həsr edilmiş “Vətən borcu” sənədli filmi nümayiş̧ olunacaq.

Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Vətən borcu” adlı filmdə şəhid kapitan Mühüd Orucovun həyat və döyüş̧ yolundan bəhs olunur.

Filmin ideya və ssenari müəllifi Afət Telmanqızıdır.

Qeyd edək ki, bu gün Mühüd Orucovun doğum günüdür. O,

1984-cü il iyulun 13-də Qazax rayonunun Fərəhli kəndində anadan olub. Təhsilini əvvəlcə C.Naxçıvanski adına Hərbi Liseydə, daha sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə alıb, qoşun kəşfiyyatı ixtisasına yiyələnib.

“N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün kəşfiyyat tağımı komandiri vəzifəsindən Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat taboru komandiri vəzıfəsinə qədər şərəfli yol keçib. Ali Baş Komandan və Müdafiə naziri tərəfindən bir çox orden və medallarla təltif olunan kapitan Orucov 2016-cı il aprelin 2-də Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Mühüd Orucov göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra ölkə başçısının Sərəncamı ilə “İgidliyə görə” medalına layiq görülüb. /azertag.az/

# 2597 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

17:49 25 may 2026
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

16:50 25 may 2026
"Qaraçı qızı" mozaikasının daha bir itkin parçası aşkarlandı

"Qaraçı qızı" mozaikasının daha bir itkin parçası aşkarlandı

16:44 25 may 2026
İspaniyada  17-ci əsrə aid unikal tablolar tapıldı

İspaniyada 17-ci əsrə aid unikal tablolar tapıldı

16:00 25 may 2026
Serenay Sarıkaya saxlanıldı

Serenay Sarıkaya saxlanıldı

14:01 25 may 2026
İnsanın xatırlamadığı şey onun üçün mövcud deyil... - Məşhur amerikalı yazıçıdan sitatlar

İnsanın xatırlamadığı şey onun üçün mövcud deyil... - Məşhur amerikalı yazıçıdan sitatlar

14:00 25 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər