Bu əcnəbi əsilli sənətkarlar Azərbaycanda məşhurlaşdılar - Siyahı

Bu əcnəbi əsilli sənətkarlar Azərbaycanda məşhurlaşdılar - Siyahı
15 mart 2021
# 17:01

Kulis.az əcnəbi əsilli Azərbaycan sənətçilərini təqdim edir. Onlar mədəniyyətin müxtəlif sahələrində tanınaraq böyük uğur qazanıblar.

Azərbaycanın tanınmış kino və teatr aktrisası, Xalq artisti Mərziyə Davudova əslən tatardır.

Azərbaycanın məşhur opera müğənnisi, Azərbaycanda opera xorunun banilərindən biri Hənəfi Terequlov tatar əsilli məşhurlarımızdandır. Qeyd edək ki, H. Terequlov həmçinin dahi bəstəkar Üzeyir Hacıbəyovun və görkəmli dirijor Müslüm Maqomayevin qaynı olub.

“Şərqin bülbülü” ləqəbli bəstəkar və nəğəməkar şair Leyla Şaripova əslən tacikistanlıdır.

Azərbaycanın ilk aktrisalarından biri, əsl adı Mariya olan Məfxurə Frolovna Yermakova milliyyətcə rus olsa da Azərbaycan dilində səlis və aydın danışıb.

Hazırda səhnə fəaliyyətini Azərbaycanda davam etdirən opera sənətçisi Oya Ergün əslən türkdür.

“Miss Azərbaycan 2015” gözəllik müsabiqəsində birinci yeri tutan model-aktrisa Natali Sokolevskaya əslən belarusiyalıdır.

Əməkdar artist Manana Çaparidze. Gürcü əsilli müğənni 1998-ci ildən bəri Azərbaycanda yaşayır. O, səhnəmizin sevilən ulduzlarından biridir.

Xəyyam Nissanov da əcnəbi əsilli müğənnilərimizdəndir. Əslən yəhudi olan müğənni hal-hazırda böyük dinləyici kütləsinə sahib olan məşhur Azərbaycan müğənnilərindəndir.

Əməkdar artist 34 yaşında repressiya olunan Ülvi Rəcəb əslən acardı.

Əməkdar artist, Azərbaycan filmlərində yaratdığı maraqlı və gözəl qadın obrazları ilə yadda qalan İnarə Quliyeva əslən rusiyalıdır. Hal-hazırda Moskvada opera aktrisası və solisti kimi fəaliyyət göstərir.

Tanınmış müğənni Ayan Babakişiyeva da dağ yəhudisidi.

Jurnalist, teleaparıcı Yelena Siderenko əslən ukraynalıdır.

Xalq artisti Nodar Şaşıqoğlu milliyyətcə acardır.

Azərbaycanlı aktrisa, əməkdar artist Qəmər Topuriya gürcü əsillidir

Azərbaycanlı aktrisa, Xalq artisti Lyudmila Duxovnaya əslən rusiyalıdır. O, 1963-cü ildən bu günə qədər Rus Dram Teatrının aktrisasıdır.

Azərbaycanlı aktrisa Marina Litvinenko eston əsillidir. Aktrisa 1987-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyət göstərir.

Azərbaycanlı aktrisa Nataliya Tağıyeva əslən rusiyalıdır. O, uzun illər Rus Dram Teatrında aktrisası olub.

# 4923 dəfə oxunub

Oxşar xəbərlər

İstiqlal Muzeyində Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı

İstiqlal Muzeyində Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı

16:00 24 fevral 2026
Samir Nuriyev Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordenini təqdim etdi

Samir Nuriyev Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordenini təqdim etdi

15:10 24 fevral 2026
“Vicdanın susduğu gecə”  adlı anım tədbiri keçirildi

“Vicdanın susduğu gecə” adlı anım tədbiri keçirildi

14:30 24 fevral 2026
Postmodern jest və mifoloji yaddaşın sintezi – çağdaş İran poeziyasının parlaq imzası

Postmodern jest və mifoloji yaddaşın sintezi – çağdaş İran poeziyasının parlaq imzası

14:00 24 fevral 2026
"Met Gala 2026"in mövzusu açıqlandı

"Met Gala 2026"in mövzusu açıqlandı

13:40 24 fevral 2026
Məşhur aktyor intihar etdi

Məşhur aktyor intihar etdi

12:36 24 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər