Sosial quruluş, demək olar ki, dünyanın hər yerində işini eyni qaydada görür. Bunlardan biri də evliliklərdə yaş məsələsinə qarşı duyulan həsasslıqdır. Söhbət məşhur simalardan gedəndə isə söz-söhbətin miqyası bir az daha genişlənir. Bir neçə gün öncə özündən 32 yaş kiçik xanımla evlənən məşhur aktyor Şon Penn bu addımı ilə dünya gündəminə gəldi. Xəbər bütün ölkələrin mədəniyyət plastında ilk sıralarda yer aldı.
Kulis.az “el aləm nə deyər” səddini aşaraq aradakı yaş fərqinə əhəmiyyət vermədən ürəklərinin səsini dinləyən azərbaycanlı məşhurları təqdim edir.
Xalq artisti Nəsibə Zeynalova özündən 11 yaş kiçik olan Mütəllib Novruzovla ailə həyatı qurub. Onların bu izdivacından Xalq artisti Cahangir Novruzov dünyaya gəlib. Cütlük birlikdə uzun bir ömür keçirib.
Xalq artisti Xan Şuşinski birinci həyat yoldaşının razılığı ilə 56 yaşında özündən 30 yaş kiçik Suğra adlı xanımla ailə qurub.
Xalq artisti Sara Qədimovanın həyat yoldaşı özündən 22 yaş böyük olub.
Xalq artisti Tükəzban İsmayılova ikinci həyat yoldaşı tarzən Həbib Bayramovdan 3 yaş böyük olub.
Xalq artisti Hacıbaba Bağırov özündən 38 yaş kiçik Arzu adlı xanımla ailə qurub. Cütlüyün bu evlilikdən bir qız övladları dünyaya gəlib.
Xalq artisti Səyavuş Kərimi də özündən çox kiçik xanımla ailə quran məşhurlardandır.
Diktor Rafiq Hüseynov özündən 30 yaş kiçik Səbinə adlı tələbəsi ilə ailə qurub. Onların bu evlilikdən bir qız övladları dünyaya gəlib.
Xalq şairi Baba Vəziroğlu ikinci dəfə özündən 22 yaş kiçik Zəminə adlı xanımla ailə həyatı qurub. Cütlüyün Kamal adlı bir oğul övladları var.
Xalq artisti Ruhəngiz Musəvi özündən 12 yaş kiçik kişi ilə ailə həyatı qurub. Amma bu evliliyin ömrü uzun olmayıb.
Xalq artisti Aygün Kazımovanın Rza adlı İran əsilli həyat yoldaşından 7 yaş böyük olduğu bilinir.
Müğənni Lalə Dadaşova özündən 15 il kiçik xanəndə Elçin Cəlilovla ailə həyatı qurub.
Ayaz Salayev də iki dəfə ailə quran məşhurlardandır. İkinci evliliyi özündən 17 yaş kiçik tələbəsi ilə olub.
Tanınmış aktrisa Mehriban Xanlarova illər əvvəl müğənni Lalə Dadaşovanın yaşca özündən kiçik oğlu ilə ailə həyatı qurub. Cütlüyün övladları olmadığı üçün ayrılıblar.
Xalq artisti Elxan Əhədzadə ikinci dəfə özündən 28 yaş kiçik xanımla ailə qurub. Onların bu bərabərlikdən bir övladları dünyaya gəlib.
Əməkdar artist Gülər Nəbiyeva özündən 16 yaş kiçik sənət yoldaşı Eşqin Quliyevlə ailə qurub.
Tanınmış müğənni Natəvan Həbibi də yaşca özündən kiçik reper Dado ilə ailə həyatı qurub. Cütlüyün bu evlilikdən Zeyd adlı bir oğlu dünyaya gəlib.
Müğənni Xəyyam Nisanov özündən 16 yaş kiçik xanımla ailə qurub.