Kitab sərgisi

Berlin Film Festivalının qalibləri açıqlandı

Berlin Film Festivalının qalibləri açıqlandı
6 mart 2021
# 11:13

Korona virus epidemiyası səbəbiylə bu il iki hissədə təşkil edilən 71-ci Berlin Film Festivalının ilk bölümü 1-5 Mart tarixləri arasında onlayn olaraq keçirilib. On beş filmin yarışdığı festivalda mükafat qazanan filmlər festival səhifəsində onlayn olaraq elan edilib.

Kulis.az rus türk mətbuatına istinadən xəbər verir ki, rumıniyalı rejissor Radu Judenin “Uğursuz seks və ya ağılsız porno” filmi ən yaxşı film nominasiyasında “Qızıl ayı” mükafatını qazanıb.

Film ərinin həvəskar pornolarının internetə sızmasından sonra karyerası və nüfuzu təhdid edilən müəllimə Eminin həyatından bəhs edir.

Yapon rejissor Ryusuke Xamaqutinin “Bəxt Təkərləri və Fantaziya” filmi “Münsiflər heyətinin mükafatı” nominasiyasında “Gümüş ayı”ya layiq görülüb.

Ən yaxşı aparıcı aktyor nominasiyasında “Gümüş ayı” mükafatı alman aktrisa Maren Eqqetə çatıb. Ən yaxşı köməkçi aktyor nominasiyasında “Gümüş ayı” mükafatı isə macarıstanlı aktrisa Lilla Kizlingerə verilib.

Cənubi Koreyalı Xon San Su ən yaxşı ssenari nominasiyasında “Gümüş ayı” mükafatını qazanıb.

Festivalın ikinci hissəsi 9-20 iyun tarixlərində keçiriləcək. Bu hissə tamaşaçılara açıq olacaq. “Qızıl Ayı” və “Gümüş Ayı” mükafatlarının sahiblərinə veriləcəyi mərasim də olacaq.

# 3285 dəfə oxunub

Oxşar xəbərlər

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

15:00 4 oktyabr 2025
Cim Kerriyə "Cesar" mükafatı veriləcək

Cim Kerriyə "Cesar" mükafatı veriləcək

13:20 4 oktyabr 2025
Əlisəmid Kürün son vəziyyəti  - Həyat yoldaşından açıqlama

Əlisəmid Kürün son vəziyyəti - Həyat yoldaşından açıqlama

11:55 4 oktyabr 2025
Tanınmış türkiyəli aktyor vəfat etdi

Tanınmış türkiyəli aktyor vəfat etdi

11:43 4 oktyabr 2025
Alim Qasımov Torontoda konsert verdi

Alim Qasımov Torontoda konsert verdi

11:20 4 oktyabr 2025
Məşhur reperə 4 il həbs cəzası verildi

Məşhur reperə 4 il həbs cəzası verildi

11:00 4 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər