Bakıda beynəlxalq seminarın açılışı olub

Bakıda beynəlxalq seminarın açılışı olub
25 noyabr 2019
# 13:10

Noyabrın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminarın açılışı olub.

APA-nın məlumatına görə, MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə və təşkilati dəstəyi ilə baş tutan beynəlxalq seminar inklüzivlik mövzusuna həsr edilib.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva seminarın məqsədinin muzey məkanı və onun informasiya resurslarının sağlamlıq imkanları məhdud şəxslərin maksimal rahat qavrayışı üçün uyğunlaşdırmaq məqsədi ilə həyata keçirildiyini deyib: "Azərbaycan dövləti BMT-nin əlilliklə bağlı tövsiyələrini nəzərə alaraq, bu sahəyə hər zaman qayğı ilə yanaşır. Cari il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə əlilliyə görə ödənilən müavinətin səviyyəsi 94 faizə qədər qaldırılıb. Əlilliyi olanları himayə edənlərin də müavinətləri iki dəfəyə qədər artırılıb".

Nazir müavini ölkədə 80-ə yaxın təşkilatın sağlamlıq imkanları məhdud şəxslərin problemləri ilə məşğul olduqlarını nəzərə çatdırıb: "İlk növbədə Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın bu sahəyə diqqətini xüsusilə vurğulamaq istərdim. Qanunvericiliyə əsasən, fiziki məhdudiyyəti insanların işlə təmin olunması ilə bağlı ölkədə 5 faizlik kvota həyata keçirilir. Ölkədə görmə məhdudiyyəti insanlar üçün musiqi məktəbləri, kitabxana, o cümlədən "Əsa" adlı inklüziv teatrı fəaliyyət göstərir. Baxmayaraq ki, dövlət fiziki məhdudiyyəti insanların əngəlsiz yaşaması üçün bir sıra fəaliyyətə həyata keçirir, ideal nəticə əldə etmək yolunda görüləcək işlər hələ çoxdur”.

Qeyd edək ki, seminar çərçivəsində MDB ölkələrinin aparıcı muzeylərinin muzey məkanı və onun informasiya resurslarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üzrə uğurlu praktikası nəzərdən keçiriləcək. Bununla yanaşı, hüquqi məsələlər, turizm fəaliyyətinin təşkili, sağlamlıq imkanları məhdud şəxslərin incəsənət vasitəsilə inklüziv bədii təhsilin inkişafı, sağlamlıq imkanları məhdud olan şəxslərin sosiallaşması və əmək məşğulluğu məsələləri də nəzərdən keçiriləcək. Seminar çərçivəsində ustad dərsləri, sağlamlıq imkanları məhdud şəxslərin işlərinin sərgiləri də təşkil ediləcək. MDB ölkələrinin aparıcı muzeyləri, QHT və xeyriyyə fondları, əlil icmalarının nümayəndələri, ali təhsil müəssisələrinin və özəl sektorun nümayəndələri də seminarda iştirak edirlər.

Seminar noyabrın 28-dək davam edəcək.

# 2356 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

12:30 26 may 2026
100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

12:00 26 may 2026
Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

11:53 26 may 2026
Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

11:30 26 may 2026
Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

11:00 26 may 2026
Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

10:18 26 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər