Azərbaycanlı musiqiçi beynəlxalq müsabiqənin baş mükafatını qazandı

Azərbaycanlı musiqiçi beynəlxalq müsabiqənin baş mükafatını qazandı
1 noyabr 2020
# 14:32

Qazaxıstanın Almatı şəhərində “TESSA” VI Beynəlxalq Musiqi Müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycan, Rusiya və Qazaxıstan ifaçıları iştirak edib.

Müsabiqədə ölkəmizi təmsil edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) doktorantı Rüfət Piriyev (tenor) Qran-pri mükafatını qazanıb.

Rüfət Piriyev vokal ixtisası üzrə BMA-nın dosenti Svetlana Mirzəyevanın, opera-səhnə sənəti üzrə Dövlət mükafatları laureatı, Xalq artisti Gülcahan Güləhmədova-Martınovanın sinfini bitirib. O, tələbəlik illərindən dövlət tədbirlərində vokal kompozisiyalarla çıxış edib, musiqisevərlərin rəğbətini qazanıb. Vokalçının ifasında bir çox vətənpərvərlik mahnıları da səslənib. O, şanlı Ordumuzun zəfərlərinə şahid olduğumuz bu günlərdə də yeni ifaları ilə igid oğullarımızı qələbələrə ruhlandırır.

Rüfət Piriyev, həmçinin elmi-pedaqoji fəaliyyətlə də məşğul olur, hazırda dissertasiya üzərində işləyir. /azertag.az/

# 1727 dəfə oxunub

Oxşar xəbərlər

"Karmen"  operası rəsmlərdə

"Karmen" operası rəsmlərdə

19:00 10 aprel 2025
İlham Qəhrəman:  "AYB məni məhkəməyə verib, 5000 manat istəyirlər"

İlham Qəhrəman: "AYB məni məhkəməyə verib, 5000 manat istəyirlər"

18:00 10 aprel 2025
"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

17:00 10 aprel 2025
Səidə Quliyeva:  ""Molla Nəsrəddin" çəkilir, amma mənə heç bir təklif gəlməyib"

Səidə Quliyeva: ""Molla Nəsrəddin" çəkilir, amma mənə heç bir təklif gəlməyib"

16:50 10 aprel 2025
Əli Nur kimdir?

Əli Nur kimdir?

15:50 10 aprel 2025
Rüfət Nasosnu, skripkaçı Ceyhun, rəqqasə Fatimə... - Müğənni olmaq bu qədər asandır?

Rüfət Nasosnu, skripkaçı Ceyhun, rəqqasə Fatimə... - Müğənni olmaq bu qədər asandır?

15:00 10 aprel 2025
#
#
# # #