Azərbaycanlı alim vəfat etdi

Azərbaycanlı alim vəfat etdi
27 aprel 2020
# 11:53

Azərbaycan milli kitabxanaşünaslıq elminin banisi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Bakı Dövlət Universitetinin fəxri professoru, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfov 2020-ci il aprelin 27-də 89 yaşında vəfat edib.

APA xəbər verir ki, Abuzər Alı oğlu Xələfov 25 dekabr 1931-ci ildə Qərbi Azərbaycanda - Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan olub. O, natamam orta təhsilini burada almış, İkinci Dünya müharibəsi illərində kənddəki kolxozda işləyə-işləyə təhsilini davam etdirib.

1950-ci ildə Abuzər Xələfov Bakı Dövlət Uni­ver­sitetinin Filologiya fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olub, ali təhsilini başa çatdıran kimi Bakı Dövlət Universitetində müəllim vəzifəsində saxlanılıb. 1955-1978-ci illərdə müəllim, baş müəllim, dosent vəzifələrində çalışır.

Abuzər Xələfov 1961-ci ildə Azərbaycanda kitab­xana işi üzrə ilk namizədlik, 1975-ci ildə isə ilk doktor­luq dissertasiyaları müdafiə edir, professor elmi adı alıb. O, Sovetlər Birliyində kitabxana işi üzrə doktorluq dissertasiyası müdafiə etmiş və tarix elmləri doktoru elmi dərəcəsi almış ilk alimdir.

Prezident təqaüdçüsü olan görkəmli alim Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, "Şərəf" və "Şöhrət" ordenləri ilə təltif edilib.

# 3181 dəfə oxunub

Oxşar xəbərlər

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olundu

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olundu

18:30 23 sentyabr 2026
“27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edildi

“27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edildi

18:15 23 sentyabr 2026
Dünyanın ən yaxşı 100 şorbası məlum oldu

Dünyanın ən yaxşı 100 şorbası məlum oldu

18:00 23 sentyabr 2026
Stenford alimlərindən unikal layihə - Ayasofiyanın səsi rəqəmsallaşdırıldı

Stenford alimlərindən unikal layihə - Ayasofiyanın səsi rəqəmsallaşdırıldı

17:30 23 sentyabr 2026
Görkəmli şəxsiyyətlərin Sabit Rəhman haqqında fikirləri

Görkəmli şəxsiyyətlərin Sabit Rəhman haqqında fikirləri

17:00 23 sentyabr 2026
Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

16:30 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər