Azərbaycanlı aktrisa ərinə tibb bacısını almağı vəsiyyət etdi

Azərbaycanlı aktrisa ərinə tibb bacısını almağı vəsiyyət etdi
18 dekabr 2019
# 14:30

“Həyat yoldaşım sevdiyim insan və sirdaşımdır. Qəbul eləmədiyim diaqnozumu onunla paylaşdım”.

Kulis.az xəbər verir ki, bu sözləri xərçəngə qalib gələn aktrisa Zümrüd Qasımova News24.az-a müsahibəsində deyib.

Övlad həsrətini dilə gətirən aktrisa xəstəxanada həyat yoldaşına nə vəsiyyət etdiyini açıqlayıb: “Yoldaşım dərrakəli, müdrik, nəzakətli, alicənab bir insandır. Əməliyyatımın üçüncü günündə o, yaramı dəyişməyə gəlmişdilər, mənə baxırdı. Utandım, dedim, mənə baxma. Dedi, sən mənim üçün hər zaman gözəlsən. Yoldaşım bundan sonra hansı addımı atsa da, o ağır günlərimdə mənimlə olduğu üçün ömrüm boyu minnətdar olacağam. 10 gün xəstəxanada yataqda olduğum müddətdə o yanımda, kresloda oturdu, bir dəqiqə belə məndən ayrılmadı. Mən onun borcundan çıxa bilmərəm. Reanimasiyadan çıxanda özümdə olmamışam. Rəngim göm-göy, bədənim buz kimi olub. Yoldaşım səhərə kimi yorğanın altına nəfəs verib məni isitməyə çalışıb. Tibb bacılarına alt paltarımı belə dəyişməyə imkan verməyib. Mən xəstə yatanda qızlara baxıb deyirdim ki, əgər ölsəm, onlardan biriylə ailə qurarsan, tək qalmazsan”....

# 4494 dəfə oxunub

Oxşar xəbərlər

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

18:10 22 sentyabr 2026
Məşhur film ilk həftəsində rekord qırdı

Məşhur film ilk həftəsində rekord qırdı

18:00 22 sentyabr 2026
İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

17:30 22 sentyabr 2026
İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

17:00 22 sentyabr 2026
Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

16:30 22 sentyabr 2026
"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

15:30 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər