Azərbaycanın Əməkdar artisti dünyasını dəyişdi

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişdi
10 fevral 2021
# 14:27

Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Əlican Əzizov vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə aktyorun əsənət yoldaşları məlumat verib.

Qeyd edək ki, Əlican Süleyman oğlu Əzizov 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsini bitirib, 1975-1996-cı illərdə Gəncə Dövlət Dram teatrında fəaliyyət göstərib.

1996-cı ildən Gəncə Dövlət Nizami Poeziya Teatrında yaradıcılıq fəaliyyətini davam etdirib və 2000-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülüb.

1978-ci ildə o, "Yaradıcı gənclərə baxış" müsabiqəsinin qalibi, 1985-ci ildə Respublikada "Ən yaxşı kişi rolunun ifaçısı" olub.

Ə.Əzizov "Komsomol" poemasında Bəxtiyar, "Vaqif"də Vidadi, "Aydın"da Dövlət bəy, "Almaz"da Fuad, "1905-ci ildə" Volodin, "Dairəni genişləndirin" əsərində Sergey Uqolkov və s. obrazlar yaradıb.

Gəncə Dövlət Nizami Poeziya Teatrında fəaliyyəti dövründə, N.Gəncəvinin əsərləri əsasında hazırlanmış tamaşalarda İsgəndər, Bəhram, Çoban, Fərhad obrazlarını yaradıb, "Xeyir və Şər", "Gül və Zəhər" əsərlərinin quruluşçu rejissoru olub. Bununla yanaşı o, A.Murovdağlının "Alın yazısı", M.Alimin "Gül və Zəhər", A.Babayevin "Memarın məhəbbəti", Z.Xəlilin "Gəncə qartalı" əsərlərində quruluşçu rejissor olub.

Ə. Əzizov Azərbaycanfilmin istehsalı olan "Süd dişinin ağrısı", "Dairə", "Şahid qız" filmlərində Kərimin atası, Arif və kapitan Mikayılov rollarını ifa edib.

M.Kərimin "Odu atma Prometey" əsərində Əcəmşah roluna görə keçmiş SSRİ Mədəniyyət Nazirliyinin mükafatını alıb.

2006-cı ildə o, Prezident mükafatına layiq görülüb.

# 3015 dəfə oxunub

Oxşar xəbərlər

“Dinsiz və imansız” elan edildi, vətənindən qovuldu – Mirzə Əli Möcüzün faciəvi taleyi

“Dinsiz və imansız” elan edildi, vətənindən qovuldu – Mirzə Əli Möcüzün faciəvi taleyi

13:00 25 sentyabr 2026
Amerika 5 milyon dollarlıq tarixi əsəri Suriyaya qaytardı

Amerika 5 milyon dollarlıq tarixi əsəri Suriyaya qaytardı

12:30 25 sentyabr 2026
Dərisini soydular, amma susdura bilmədilər – İmadəddin Nəsiminin edamının arxasındakı gizli səbəblər

Dərisini soydular, amma susdura bilmədilər – İmadəddin Nəsiminin edamının arxasındakı gizli səbəblər

12:00 25 sentyabr 2026
“Gün keçdi” filmində özünü çəkmişdi – Arif Babayevin gizli tənhalığı

“Gün keçdi” filmində özünü çəkmişdi – Arif Babayevin gizli tənhalığı

11:30 25 sentyabr 2026
Xavyer Bardem müğənni Pinkin UNICEF səfirliyindən məhrum edilməsini tələb etdi

Xavyer Bardem müğənni Pinkin UNICEF səfirliyindən məhrum edilməsini tələb etdi

10:30 25 sentyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:07 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər