AYB üzvləri qəzet və jurnalların redaksiya heyətinə qəbul ediliblər

AYB üzvləri qəzet və jurnalların redaksiya heyətinə qəbul ediliblər
26 dekabr 2019
# 13:42

Yazıçılar Birliyinin Gənclər Şurasının üzvləri AYB-nin bir neçə mətbu orqanının redaksiya heyətinə üzv qəbul ediliblər.

Kulis.az-ın verdiyi xəbərə görə, şuranın sədri Fərid Hüseyn "Ədəbiyyat” qəzetinin, Şuranın müavini Cavid Zeynallı "Ulduz” jurnalının, Ramil Əhməd və Günel Şamilqızı isə "Dünya ədəbiyyatı” dərgisinin redaksiya heyətinə üzv qəbul ediliblər. Qeyd edək ki, növbəti mərhələdə Şuranın başqa nümayəndələrinin də digər mətbu orqanlara üzv edilməsi nəzərdə tutulur.

Fərid Hüseyn Gənclər Şurasının fəaliyyəti barədə açıqlamasında qeyd edib: "Biz istəyirik ki, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurası olaraq aktiv fəaliyyət göstərək. Redaksiyalara yeni üzv olan gənc qələm sahibləri çoxdandır ki, həmin qəzet və jurnallarla fəal əməkdaşlıq şəraitində çalışırdılar. Bizə etimad göstərən qəzet və jurnalların baş redaktorlarına minnətdarlığımızı bildiririk.

Bu günlərdə Bakı Mühəndislik Universitetində dahi ədib Məhəmməd Hadiyə həsr olunmuş müzakirə-seminar keçirdik. Şuranın üzvləri Günel Şamilqızı, Fuad Cəfərli və mən həmin tədbirdə iştirak etdik. Yeni ildə "Azərikitab”da "Dünya ədəbiyyatı nədir?” mövzusunda maraqlı bir tədbir keçirəcəyik. Tədbir ustad dərsi şəklində nəzərdə tutulub. Eyni zamanda ayda bir dəfə müxtəlif ədəbi məsələlər və kitablar haqqında müzakirə saatları təşkil etməyi planlaşdırmışıq.

Bundan başqa, Gənclər Şurasının üzvlərindən bir neçəsinin kitabı Türkiyə türkcəsində işıq üzü görəcək. Artıq əsərlərin redaktə və tərcümə prosesi başlayıb. Gələn il "Ulduz” jurnalının bir sayını bütövlükdə Gənclər Şurası çapa hazırlayacaq və bu nömrə poeziyaya həsr ediləcək. Artıq gənclərin əsərləri adıçəkilən jurnala təhvil verilib.

Şuranın 21 üzvü var. Biz ədəbi yaradıcılıqla məşğul olan gənclərlə də əməkdaşlıq edirik və bu proses gələcəkdə daha geniş vüsət alacaq”.

# 2327 dəfə oxunub

Oxşar xəbərlər

Dövlət Uşaq Filarmoniyasında Novruz festivalı

Dövlət Uşaq Filarmoniyasında Novruz festivalı

18:00 10 mart 2026
Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim olunacaq

Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim olunacaq

17:30 10 mart 2026
Medianın İnkişafı Agentliyi bəyanat yaydı

Medianın İnkişafı Agentliyi bəyanat yaydı

17:00 10 mart 2026
“Aktrisa heç bir yerini şişirtməli deyil” – Gülşad Baxşıyeva ilə müsahibə

“Aktrisa heç bir yerini şişirtməli deyil” – Gülşad Baxşıyeva ilə müsahibə

16:02 10 mart 2026
Romantizmin üsyankar nəzəriyyəçisi - O, Avropanın gələcəyini necə təsəvvür edirdi?

Romantizmin üsyankar nəzəriyyəçisi - O, Avropanın gələcəyini necə təsəvvür edirdi?

16:00 10 mart 2026
“CHARACTERS 2026”  pyes müsabiqəsi qaliblərinin adı açıqlandı

“CHARACTERS 2026” pyes müsabiqəsi qaliblərinin adı açıqlandı

15:30 10 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər